Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd ayda istehsalatda bədbəxt hadisələr nəticəsində ölənlərin sayı açıqlandı

Bu ilin yanvar-aprel ayları ərzində istehsalatda baş vermiş 164 bədbəxt hadisənin təhqiqatı aparılıb, bu hadisələr nəticəsində 22 nəfər vəfat edib, 170 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb...

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) məlumat verilib.

Bildirilib ki, baş vermiş həmin hadisələrin səbəbləri sırasına zərbə, yol-nəqliyyat, sürüşmə- büdrəmə, hündürlükdən yıxılma, elektrik cərəyanı ilə təmas və sairə daxildir:

Hər bir istehsalat qəzası ilə bağlı "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun şəkildə təhqiqat işlərinin aparılması və nəticəsinə uyğun şəkildə qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Əməyin mühafizəsi tələblərinin pozulmasına görə aidiyyəti işəgötürənlərə isə İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə müvafiq məbləğlərdə cərimələr tətbiq edilib.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 159 zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı akt verilib.

İnzibati tədbirlərlə yanaşı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb və bu işlər mütəmadi olaraq davam etdirilir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar