Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Avropa İttifaqının təbii qaz bazarındakı payı 7 %-ə çatıb

Ötən il Azərbaycandan Avropa İttifaqına (Aİ) 11 milyard kubmetr təbii qaz ixrac edilib...

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının 2023-cü ilin son rübü ilə bağlı dərc etdiyi hesabatda bildirilib.

Bununla da, Azərbaycanın Aİ-nin təbbi qaz idxalındakı payı 2021-ci ildəki 3 %-dən (8 milyard kubmetr) 7 %-ə yüksəlib.

Ötən il Aİ-nin təbii qaz idxalı 290 milyard kubmetr, istehlakı isə 330 milyard kubmetr olub ki, bu da, illik müqayisədə müvafiq olaraq 13,4 % və 7,3 % azalıb.

Aİ 2023-cü ildə əsas qaz təchizatçısı olan Rusiyadan idxalı 3,5 dəfə azaldaraq 150 milyard kubmetrdən 43 milyard kubmetrə endirib. Rusiyadan təbii qaz alışının azalmasına Rusiya-Ukrayna müharibəsi səbəbi ilə tətbiq edilən sanksiyalar və mövsümi temperaturun normadan çox olması səbəb olub.

2023-cü ildə Avropa İttifaqının qaz hasilatı əvvəlki illə müqayisədə 19,1 % azalaraq 38 milyard kubmetrə enib və istehlakda payı 11 % təşkil edib. Aİ-da ən böyük təbii qaz istehsalçıları isə Niderland (12 milyard kubmetr) və Rumıniya (9,3 milyard kubmetr) olub. Ötən il Aİ-də anbarların doluluğu əvvəlki illə müqayisədə 18 faiz bəndi artaraq 79 %-ə çatıb. Halbuki, bu göstərici 2021-ci ildə 49 % təşkil edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Ən çox oxunanalar