Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub...

Bakı vaxtı ilə saat 18:30-da (yerli vaxtla saat 08:30) başlayan uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Missiya zamanı T.C.Atasever üzərində Azərbaycan və Türkiyə bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə həyata keçirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş hüququ qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən “TEKNOFEST”də Türkiyənin ilk astronavtlarının Alper Gezeravcı və Tuva Cihangir Atasever olacağını elan edib. Onlar 36 min namizədin arasından seçilib.

Astronavtlar - Alper Gezeravcı və Tuva Cihangir Atasever bir ildən çox NASA-da ciddi təlim proqramında iştirak ediblər. (Azertag.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ötən gün polislər belə güllələnib - Anbaan video

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Ən çox oxunanalar