Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə və Tovuzda nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

Tovuz şəhəri, H.Əliyev prospekti, ev 3, mənzil 13 ünvanında fəaliyət göstərən “Dövran” və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən “Şirdan” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

Bu barədə Poliqon-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulması faktları aşkarlanıb. Belə ki, qida məhsullarının yuyulması üçün ayrıca yuyulma çanaqlarının təşkil edilmədiyi, qida ilə təmasda olan səthlərin, həmçinin döşəmə və divarların hamar, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, qida obyektinin qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz olunmadığı, havalandırma sistemi quraşdırılmadığı və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar