Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Tayvan administrasiyasını "qəti addımlarla" hədələyib

Pekin Tayvanın müstəqilliyini məhdudlaşdırmaq üçün qəti tədbirlər görəcəyini bildirib...

Tayvanın Çinlə dinc yolla birləşmə perspektivi separatçılar və kənar qüvvələr tərəfindən getdikcə daha çox sarsılır...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki. bunu Çinin müdafiə naziri Dun Tsun bildirib. Nəşr qeyd edir ki, Pekin Tayvan Adminstrasiyasının separatçı hərəkətlərin qarşısını almaq üçün “qətiyyətli tədbirlər” görməyə hazırdır.

Çinli nazir qeyd edib ki, Tayvanın hakim partiyası “adada çinli kimliyini silməyə” çalışır. Dun Tsun Taypeyi separatizmdə, həmçinin əcdadlarına və bütövlükdə Çin xalqına xəyanətdə ittiham edib.

Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəhbəri xarici gücləri Çinin daxili işlərinə qarışdıqlarına görə qınayıb. Nazir əlavə edib ki, Pekin Tayvan məsələsinin sülh yolu ilə həllinə sadiq olsa da, Çin ordusu bu məqsəd üçün istifadə edilə bilən “güclü qüvvə olaraq qalacaq”.

“Biz Tayvanın müstəqilliyini məhdudlaşdırmaq üçün qətiyyətli addımlar atacağıq. Taypeyin müstəqilliyini məhdudlaşdırmaq qabiliyyətimizə böyük inamımız var”, deyə Çinin müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Çinin müdafiə nazirinin bəyanatı Çin ordusunun Tayvan yaxınlığında son böyük hərbi təlimləri fonunda verilib. İki günlük təlim zamanı Çin qoşunları bombardmançıların hücumlarını imitasiya edib və Ağ Ev bu cür hərəkətlərdən “dərin narahatlığını” ifadə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar