Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şokolad desertlərində xərçəng yaradan maddə tapıldı

Belçikanın Luvenski Biomolekulyar intitutunun alimləri şokolad desertləri ilə bağlı şok nəticələr əldə edib...

Poliqon medicina.az-a istinadən xəbər verir ki, ACS' Journal of Agricultural and Food Chemistry elmi dərgisində çap olunan məqalədə desertlərdə aşkarlanan maddədən danışılıb.

Əsl, təbii şokoladda zərərli birləşmələr çox az konsentrasiyada olur, amma artıq hazır şirniyyatlarda yüksək dozalardadır.

Məsələn, hazır blinlər, vafli, pirojna, içliyi şokoladlı kekslərdə daha çox kanserogen maddələr var ki, onlar istehsal prosesində yaranır. İstehsalçı şirkətlər məhsulun görünüşünü yaxşılaşdırmaq və ömrünü uzatmaq üçün fərqli maddələrdən istifadə edir.

Nəticədə daha mürəkkəb molekul birləşmələri, alfa, betta doymamış karbonillər əmələ gəlir.

Bu sinif karbonillər çox reaktivdir, potensial təhlükəlidir, insan orqan, toxumalarını, DNT-ni zədələyir. Mədəyə düşdükdə mədə turşusu, zülal və mədəaltı vəz fermentləri ilə təsirə girərək, çox sürətlə bölünür və normal hüceyrələri xərçəng hüceyrəsinə çevirə bilər. Avropa Birliyi ölkələrində, eləcə də 5H, furan 2 qadağan olunub.

Alimlər 10 növ nümunə şokolad və şirniyyatları test ediblər. Onlar müəyyən edib ki, alfa, betta karbonillər qızdırılma və kakao yağının əlavə edilməsi zamanı yaranır. Daha sonra 22 adda tort, peçenye, vafliləri yoxlayıblar. Qablaşdırılmış şirniyyatlarda onlar 10 karbonil aşkar ediblər. Blin, vafli və tortlarda hər kq-a 4,3 mlq genetoksiki furan -2 aşkarlanıb.

Alimlər müəyyən edib ki, insana gün ərzində 0, 15 mkq genotiksiki maddə düşür. Amma bu desertləri hər gün aşırı yedikdə bu norma 2 dəfəni keçir.

Bu isə xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.

Poliqon.info


Etiket: şokolad desert


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar