Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Cənubi Qafqaz uğrunda mübarizə hələ indi başlayıb...

Cənubi Qafqazın iki ölkəsində Ermənistan və Gürcüstanda siyasi sabitlik pozulub...

Siyasi-şərhçi: “Faktiki olaraq artıq Cənubi Qafqaz iki düşərgəyə bölünüb”.

Azərbaycana da bu hadisələrin təsiri mütləq olacaq. Hələlik tərəflər - Rusiya və Qərb döyüş meydanını, cəbhə xəttini genişləndirmək istəmir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurmasını Poliqon-a şərh edərkən qeyd edib.

Cənubi Qafqazın iki ölkəsində Ermənistan və Gürcüstanda siyasi sabitlik pozulub. Ermənistanda Rusiyapərəstələr küçəyətöküldüyü halda Gürcüstanda Qərbpərəstlər hökümətə qarşı etiraz edirlər. Hər iki ölkədə də Qərb-Rusiya qarşıdurması pik səviyyəyə çatıb.

Bu qarşıdurmaların geopolitik nəticələrinin regiona təsirləri barədə nə demək mümkündür? Xüsusən, bu qarşıdurma fonunda regionun iki cəbhəyə bölünməsinə ehtimal vermək olar? Həmçinin, Qərb-Rusiya qarşıdurması fonunda regional əməkdalığın əsas platforması kimi irəli sürülən 3+3 platformasının gələcəyi necə görünür?

Ermənistan və Gürcüstanda baş verən prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Hal-hazırda bu mübarizədə açar ölkə Gürcüstandır”.

Gürcüstanda Rusiya uduzmağa başlasa, Ermənistanda təzyiqi gücləndirəcəyini proqnoz edən ekspert Pliqon-a açıqlamasında qeyd edib ki, Rusiya Gürcüstanda bu günkü hakimiyyəti qoruyub-saxlaya bilsə, Ermənistanda zaman fasiləsi götürəcək:

“Faktiki olaraq artıq Cənubi Qafqaz iki düşərgəyə bölünüb. Yəni Qərblə tərəfdaşlıq edən Ermənistanda Rusiya vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Rusiya ilə tərəfdaş olan AzərbaycanRusiya ilə tərəfdaş olan Gürcüstan hökuməti var. Azərbaycanda hələlik sakitçilikdir. Gürcüstanda isə vəziyyət fərqlidir. Orada cəmiyyətin böyük bir hissəsi Qərbə, Avropaya inteqrasiyanın tərəfdarıdır, hakimiyyət isə Rusiyaya bağlıdır. Məlum məsələdir ki, orada tərəflər arasında mübarizə gedir.

Gürcüstanda vəziyyət daha kəskindir, nəinki Ermənistanda. Bunun da həm obyektiv, həm subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Gürcüstanda Qərb təmayül güclüdür. Ermənistanda proseslərin zəif getməsinin səbəbi odur ki, müxalifət Rusiyapərəstdir və Ermənistan cəmiyyətində Rusiyaya dəstək çox azdır. Amma bu mübarizə davam edəcək.

Ərəstun Oruclu: “Bu gün tərəflər əsas güclərini Gürcüstanda cəmləyib”.

Gürcüstanın daha aktiv olmasının subyektiv səbəbi ondan ibarətdir ki, hal-hazırda bu mübarizədə açar ölkə Gürcüstandır. Çünki Gürcüstan həm Azərbaycandan keçən bütün kommunikasiyaların keçdiyi ərazidir, həm də Ermənistana çıxışdır. Buna görə də bu gün tərəflər əsas güclərini Gürcüstanda cəmləyib. Gürcüstanda Rusiya uduzmağa başlasa, təbii ki, Ermənistanda təzyiqi gücləndirəcək. Bu birmənalıdır. Rusiya Gürcüstanda bu günkü hakimiyyəti qoruyub-saxlaya bilsə, Ermənistanda zaman fasiləsi götürəcək. Hələlik Rusiyanın Ermənistanda ortaya çıxardığı fiqurların hamısı zəifdir. Ermənistanda əsas güclər keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçaryandır. Ermənilər də onlara nifrət edirlər. Eyni zamanda Paşinyan tərəfdarları o qədər çirkabını açıb ortaya töküblər ki, kilsə çox sürətlə nüfuzdan düşməkdədir. Kilsə siyasətə qarışır və təbii ki, bunun müəyyən çıxarları olacaq.

Nəhayət, Ermənistanda bir amil də var. Bu da olduqca vacib amildir. Ermənistanda Paşinyan höküməti Azərbaycana güzəştə gedir, bunun da səbəbləri var. Faktiki olaraq müharibədə məğlubiyyət Paşinyan hakimiyyətinin ayağına yazılıb. Amma eyni zamanda Paşinyan hökümətinin imici müsbətdir. Paşinyan höküməti korrupsioner, oğru hakimiyyət deyil. Buna görə xalq bu hakimiyyətə daha etimadla yanaşır.

Cənubi Qafqaz uğrunda mübarizə hələ indi başlayıb. Düşünürəm ki, bu mübarizə hələ davam edəcək. Hətta biz müəyyən kəskinləşməsin şahidi də olacağıq. Azərbaycana da bu hadisələrin təsiri mütləq olacaq. Hələlik tərəflər - Rusiya və Qərb döyüş meydanını, cəbhə xəttini genişləndirmək istəmir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ən çox oxunanalar