Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Macarıstanı necə cəzalandıracaq?

Avropa İttifaqı ölkələri Macarıstanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi və Budapeştin Kiyevə yardım göstərməsinə müqaviməti fonunda onun nümayəndələrini Avropa Komissiyasında yüksək vəzifələrə buraxmamaqla bu ölkəni cəzalandırmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən yazıb.

"Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı davamlı maneəçilikindən bezən Aİ liderləri ölkə nümayəndələrinə növbəti Avropa Komissiyasında aşağı səviyyəli mövqelər verməklə onu cəzalandırmağı planlaşdırırlar", deyə nəşr yazıb.

Qəzet qeyd edir ki, Orbanın Rusiya prezidenti Vladimir Putinlə isti münasibətləri və Ukraynaya qarşı olan mövqeyi Budapeştin Avropa Komissiyasında əsas yeri almayacağı anlamına gəlir.

Nəşr oxuculara xatırladır ki, Macarıstan iyunda Avropa Şurasına sədrlik edəcək və bu, Budapeştə gündəliyi müəyyən etmək səlahiyyəti verəcək. Rəsmi Budapeşt həmçinin Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Olivier Varhelyinin namizədliyi Orban tərəfindən irəli sürüldükdən sonra 2019-cu ildən tutduğu vəzifəsində qalacağına ümid edir.

Nəşr qeyd edir ki, Varhelyi artıq Aİ-yə namizəd ölkələrlə bağlı siyasətə xələl gətirməkdə ittiham olunur.

Bundan əvvəl Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto bildirmişdi ki, Budapeşt Avropa Sülh Fondundan Ukraynaya hərbi yardım üçün 6,5 milyard avro ayrılmasına qarşıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ötən gün polislər belə güllələnib - Anbaan video

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - Detallar

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Ən çox oxunanalar