Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim: "Süni qidaların istifadəsi uşaqlarda allergiyaya və artıq çəkiyə səbəb olur"

"Təəssüf ki, müasir dünyamızda süni, habelə hazır əlavə qidalar günü-gündən artır. Bu cür qidaların tərkibində istifadə olunan rəngləndirici və dadlandırıcı maddələr istər uşaq yaşlarında, istərsə də gələcəkdə hər bir uşağın həyatında problemə səbəb ola bilər".

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyinin Səhiyyə siyasətinin ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova açıqlayıb.

A.Zeynalova bildirib ki, hazır meyvə şirələri, meyvəli yoqurtlar, uşaqlar üçün olan meyvə püreləri, şokoladlar və digər qidaların tərkibində heç bir kalori dəyəri olmayan aspartam adlı sintetik maddə vardır ki, bu da normal şəkərdən dəfələrlə çoxdur:

"Bu və digər süni qidaların istifadəsi uşaqlarda allergiyaya və artıq çəkiyə səbəb olur. Belə ki, dünyada sübut edilib ki, süni qarışıqlarla bəslənən körpələrin bir çoxunda gələcəkdə piylənmə, şəkərli diabet və s. bu kimi fəsadlar ola bilər. Qarışıqlar əsasən inək və keçi südü ilə hazırlanır. Alimlərin araşdırmaları sübut edib ki, kobud heyvan zülalı yeni doğulmuşun bədəninə daxil olanda mənfi təsir edə bilər".

Onun sözlərinə görə, beyinlə, intellektlə bağlı maddələr yalnız ana südündə var: "Buna görə də, insan südü ilə böyüyənlərin intellektual potensialı, zəkası, dərrakəsi eyni şəraitdə süni qarışıqlarla böyüyən uşaqdan daha çoxdur. Həmçinin, ana bütün immunitetə cavabdeh faktorları övladına süd vasitəsilə ötürür. Buna görə, ana südü ilə qidalandırılanların immuniteti daha möhkəm olur".

Poliqon.info

 


Etiket: Süni qidalar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Ən çox oxunanalar