İran prezidentinin növbəti səfəri Ermənistana planlaşdırılırdı və bu, bizim üçün çox vacib idi. Biz bu faciəyə təəssüflənirik...
Poliqon xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 22-də İran səfirliyində başsağlığı kitabını yazdıqdan sosnra jurnalistlərlə söhbətində bildirib.
Simonyan yüksək rütbəli İran məmurlarının ölümünü çox acınacaqlı hadisə adlandırıb. Erməni spiker xatırladıb ki, o, həm İran prezidenti, həm də xarici işlər naziri ilə görüşüb.
“Onlar ölkəmiz və regionumuz üçün çox fəal səy göstəriblər. Bu çox gözlənilməz və anlaşılmaz hadisə ilə əlaqədar dost ölkənin xalqına başsağlığı verirəm”, deyə parlamentin spikeri əlavə edib.
Polkiqon.info