Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris Yeni Kaledoniyadakı iğtişaşlarla mübarizə üçün əlavə qüvvələr göndərib

Bölgədəki iğtişaşlar və yerli xalqın üsyanı Parisin seçki islahatları nəticəsində yaranıb...

Fransa hökuməti Sakit okeandakı Yeni Kaledoniya adasına əlavə polis qüvvələri göndərib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik yazır ki, Paris dörd nəfərin ölümü ilə nəticələnən üç gecə davam edən etirazlardan sonra iğtişaşçıların müqavimətini darmadağın etməyə və asayişi bərpa etməyə hazır olduğunu bəyan edib,

Qeyd edək ki, seçki islahatından narazı olan yerli xalq bir neçə gün dalbadal müəssisələrə hücum edib, avtomobilləri yandırıb, mağazaları qarət edib, yol barrikadaları qurublar. Yelisey Sarayı bununla Fransanın nəzarətində olan Sakit okean adasında dərman və qidaya çıxışla bağlı “dəhşətli vəziyyət” yaratdıqlarını bildirib.

Mayın 17-si cümə günü axşam saatlarında Yeni Kaledoniyada polis və jandarmların sayı 1700-dən 2700-ə yüksəldiləcək. Onlara hərbi qulluqçulardan ibarət kiçik kontingent kömək edəcək.

“Yeni Kaledoniyada vəziyyət çox gərgin olaraq qalır. Talanlar, iğtişaşlar, yanğınlar və hücumlar davam edir”, deyəFransanın baş naziri Qabriel Attal jurnalistlərə bildirib.

Qeyd edək ki, iğtişaşlar çərşənbə axşamı Parisdə qanunvericilər tərəfindən qəbul edilən yeni qanun layihəsinə görə başlayıb. Qanun 10 il Yeni Kaledoniyada yaşayan fransız sakinlərinə əyalət seçkilərində səs verməyə imkan verəcək. Bu addım yerli xalqın səsini azaldacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Ən çox oxunanalar