Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova müxalifətinin lideri Rusiya pasportu alıb

Moldovalı müxalif siyasətçi, Şor Partiyasının və "Qələbə" blokunun rəhbəri İlan Şor Rusiya pasportu alıb...

Poliqon xəbər verir ki, bu barədə siyasətçi özü məlumat verib. Siyasətçi daha əvvəl Rusiya vətəndaşlığı üçün müraciət etdiyini bildirib.

"Bu gün mən də Rusiya Federasiyasının vətəndaşıyam", deyə İlan Şor vurğulayıb.

Aprelin sonunda Moldovanın müxalifət partiyaları Moskvada keçirilən forumda prezident seçkiləri və 2024-cü ilin payızında Moldovada Avropa İttifaqına üzv olmaq üzrə referendum ərəfəsində "Qələbə" adlı siyasi blok yaratmaq barədə razılığa gəliblər.

Blok iştirakçıları dövlət başçısı vəzifəsinə vahid namizəd irəli sürmək, Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələri inkişaf etdirmək, Kişinyovun təzyiqlərinə qarşı mübarizə aparmaq niyyətində idilər.

Moldova rəsmiləri Moskvaya səfər edən siyasətçiləri vətənə xəyanətdə ittiham edib və hüquq-mühafizə orqanları onları dindirib.

Avropa İttifaqı "Şor"a qarşı sanksiyalar tətbiq edib. Mayın 15-də bildirilib ki, müxalifətçinin vəkilləri tətbiq edilən sanksiyalara qarşı Aİ Məhkəməsinə ərizə verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar