Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya delimitasiya prosesində üçtərəfli əməkdaşlığa niyə israr edir?

Rusiya Overçuk-Qriqoryan-Mustafayev qrupunun işini bərpasına çalışır. Moskva üçtərəfli qrupun tamhüquqlu işini tez bir zamanda bərpa etməyi zəruri hesab edir..

Politoloq: “Rusiya AzərbaycanErmənistanın maraqları dairəsində olan kommunikasiyaların açılması məsələsini gündəliyə gətirməklə yenidən Ermənistan münasibətləri normalaşdırmağa çalışır”.

“Ruslar hesab edirlər ki, artıq Azərbaycanla Ermənistan arasında müəyyən etimad mühiti yaranıb. Xüsusən də sərhədlərin delimitasiya, demikrasiya prosesinin aşlanmasından sonra AzərbaycanErmənistan növbəti mərhələdə kommunikasiyaların açılması ilə bağlı konkret razılıq əldə edə bilərlər”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiyanın Azərbaycan-Ermənistan arasında olan delimitasiya prosesinə qarışmaq istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Moskva Rusiya, AzərbaycanErmənistan liderlərinin qərarı ilə 2021-ci ildə üç ölkənin baş nazirinin müavinlərinin birgə sədrliyi ilə yaradılmış üçtərəfli qrupun tamhüquqlu işini tez bir zamanda bərpa etməyi zəruri hesab edir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Hazırda Azərbaycan Ermənistan sərhədində delimitasiya prosesi ikitərəfli əməkdaşlıqla uğurla həyata keçirilirsə, Moskvanın bu israrını necə dəyərləndirmək olar? Bu israrla Rusiya tərəfi nəyə nail olmağa can atır və bu israrı sülh prosi üçün yararlı hesab etmək olarmı?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusların son təklifi onu deməyə əsas verir ki, Moskva da artıq onların nəzarət funksiyasının həyata keçirilməsinə əvvəlki qədər israrlı deyil”.

Moskvanın bu məsələlərdə Ermənistanla danışmağa hazır olduğunu düşünən politoloq Poliqon-a bildirib ki, İrəvanln mövqeyinin necə dəyişəcəyini indidən demək çətindir:

Rusiya AzərbaycanErmənistanın maraqları dairəsində olan kommunikasiyaların açılması məsələsini gündəliyə gətirməklə yenidən Ermənistan münasibətləri normalaşdırmağa çalışır. Eyni zamanda Rusiya özünün geosiyasi maraqları çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi və Azərbaycan üzərində Türkiyə ilə quru əlaqəsinin yaradılması layihəsinin gerçəkləşdirilməsinə nail olmaq istəyirik.

Bu baxımdan ruslar hesab edirlər ki, artıq Azərbaycanla Ermənistan arasında müəyyən etimad mühitdə yaranıb. Xüsusən də sərhədlərin delimitasiya, demikrasiya prosesindən sonra AzərbaycanErmənistan növbəti mərhələdə kommunikasiyaların açılması ilə bağlı konkret razılıq əldə edə bilərlər. Bunun ehtimalı yüksəkdir. Ruslar hesab edirlər ki, həm Azərbaycan-Ermənistan şərti dövlət sərhədindəki qüvvələrini çıxarmaqla, bu etimat mitinin məhkəmləndirilməsində yardım ediblər.

Eyni zamanda təsadüfi deyil ki, Rusiyanın kommunikasiya ilə bağlı olaraq belə israrlı çağırışçı Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Almata görüşündən sonra və eyni zamanda rusiyada ermənistan prezident verməsən baş naziri görüşlərindən və Rusiya prezidenti ilə Ermənistanın baş nazirinin görüşündən sonra baş verdi. Hesab edirəm ki, bu daha çox Ermənistanı ünvanlanmış bir mesajdır. Rusiyaya görə onlar Ermənistana xoş jestlərin davam etdirə bilərlər, lakin bunun əvəzində Ermənistandan gözləntləri olur. Bu da kommunikasiyaların açılmasıdır. Azərbaycan isə yenə əvvəlki mövqeyində qalır. Azərbaycan üçün əsas məsələ Naxçıvanla maneəsiz və Azərbaycanın maraqları çərçivəsində elə bir razılaşmanın əldə edilməsidir ki, Azərbaycandan yüklər, nəqliyyat vasitələri maneəsiz şəkildə Naxçıvan gedə və geriyə qayda bilsin.

Zaur İbrahimli: “Rusların mövqeyi yumşalsa və Moskva bu məsələlərdə müəyyən qədər güzəştə getsə, kommunikasiyaların açılması məsələsi daha tez reallaşa bilər”.

Əgər bu şərtlər yerinə yetiriləcəksə və bu şərtlərlə Rusiyanın vasitəçiliyi mümkün olacaqsa, Azərbaycan üçün bu məqbul variantdır. Çünki bildiyimiz kimi, 10 noyabr bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizinin açılması nəzərdə tutulmuşdu. Orada da təhlükəsizliyi Rusiya sərhəd qoşunları yerinə yetirməli idi. Lakin hak-hazırda Ermənistan fərqli mövqedən çıxış edir. Ermənistan hesab edir ki, nəqliyyat dəhlizinin keçdi ərazidə yalnız Ermənistan qanunvericiliyinə uyğun şəkildə və Ermənistanın müvafiq dövlət qurumlara tərəfindən nəzərə sərhəd buraxılış proseduqları həyata keçirilməlidir. Rusların son təklifi onu deməyə əsas verir ki, Moskva da yalnız onların nəzarət funksiyasının həyata keçirilməsinə əvvəlki qədər israrlı deyil.

Hər halda demək olar ki, Moskva bu məsələlərdə Ermənistanla danışmağa hazırdır. Ermənistanın mövqeyinin necə dəyişəcəyini indidən demək çətindir. Lakin Paşinyan Kopenhagendəki toplantıda bir dəfə bəyan edib ki, İrəvan mövqeyində qalır və onlara görə dəhlizlər milliyuristika çərçivəsində fəaliyyət göstərməlidir. Güman ki, bunun ətrafında danışıqlar davam edəcəyik və artıq tərəfləri faktiki olaraq öz mövqelərini açıqlayıblar.

Hesab edirəm ki, bundan sonrakı danışıqların əsas predmeti, əsas fokusu məhz kommunikasiyalar olacaq. Həmçinin ruslar onu da bəyan edirlər ki, bu məsələdə onların maraqlarını kənara qoymaq əvvəlki qədər asan olmayacaq. Əgər onların maraqları üzərindən hər hansı bir anlaşma baş verərsə, onlar bunu təmkinlə qarşılamayacaqlar.

Bütün bunların ümumiləşdirsək, deyə bilərik ki, indi hal-hazırda kommunikasiyaın açılması ilə bağlı danışıqların aparılması üçün əlverişli şərtlər var. Rusların mövqeyi yumşalsa və Moskva bu məsələlərdə müəyyən qədər güzəştə getsə, kommunikasiyaların açılması məsələsi daha tez reallaşa bilər. Hər bir halda yaxın zamanda Ermənistanın da mövqeyini öyrənməyə imkanımız olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Ən çox oxunanalar