Bazar ertəsi, 10 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maradonanın varisləri onun “Qızıl top”unun hərracda satılmasına qarşı çıxıblar

Dieqo Maradonanın varisləri Argentinanın 1986-cı ildə Dünya Kubokunu qazanmasından sonra ona verilən kubokun hərracda satışını dayandırmaq üçün məhkəməyə müraciət edəcəklər...

Poliqon xəbər verir ki, bu barədə Maradonanın varislərinin vəkili Associated Press Agentliyinə bildirib.

Qeyd edək ki, 1986-cı ildə Dünya Çempionatının ən yaxşı oyunçusuna verilən “Qızıl top” kubokuunun müəmmalı şəraitdə onilliklər ərzində yoxa çıxdığı güman edilirdi və kubok bu yaxınlarda yenidən ortaya çıxıb. Keçən həftə “Aguttes” hərrac evi bildirib ki, kubok gələn ay Parisdə hərraca çıxarılacaq.

2020-ci ildə 60 yaşında vəfat edən Maradona 1986-cı ildə Mexikoda keçirilən finalda Qərbi Almaniyaya 3-2 hesabı ilə qalib gələn Argentina yığmasının kapitanı olub.

Maradonanın varisləri kubokun oğurlandığını iddia edərək hazırkı sahibinin onu satmağa haqqı olmadığını deyirlər.

“Paradox Lawyers” şirkətində çalışan hüquqşünas Jil Morye Paris yaxınlığındakı Nanterre məhkəməsinin sədrinə “Qızıl top”un hərracdan çıxarılması üçün təcili müraciət edəcəyini söyləyib. Vəkil AP-yə bildirib ki, kubokun məhkəməyə verilməsini də tələb edəcək və oğurluğa görə şikayət verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

DSX-nin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib

İranla sərhəddə həlak olan mayor başçının əmisi oğludur

Toyda qardaşın hərəkəti gündəm oldu - gəlinin arxasınca... - Video

Ağır qəza: biri azyaşlı olmaqla 2 nəfər ölüb, yaralılar var- Yenilənib, Foto

Həştərxanda Rusiyanın yeni nəsil qırıcısı vurulub

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

""Uşaqpulu verilsin!" demək asandı, sənəd, FAKT qoyun ortaya..."

Kiyev meriyasının milyonlarını mənimsəyən azərbaycanlı iş adamı kimdir?

İldırım vurması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

Ən çox oxunanalar