Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan DTX: Aksiyalarda təxribatları xarici dövlətlər maliyyələşdirir...

Xarici dövlətlər Gürcüstanda "xarici agentlər haqqında" qanuna qarşı etiraz aksiyalarında təxribatları maliyyələşdirir...

Poliqon xəbər verir ki, bunu ölkənin Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirib.

"Xarici ölkələr Gürcüstanda "xarici agentlər haqqında" qanuna qarşı keçirilən etiraz aksiyalarında təxribatları maliyyələşdirir", deyə Dövlət Təhlükəsizlik Xidməti qeyd edib.

Xidmət etirazçıları təxribatlara əl atmamağa, hüquq-mühafizə orqanlarını isə ölkədə iğtişaşların və vətəndaş qarşıdurmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Mayın 1-də Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bununla əlaqədar Tiflisdə hər gün mitinqlər keçirilir. Bu ilin aprelində hakim Gürcü Arzusu Partiyası xarici agentlər haqqında qanun layihəsini rəsmi olaraq parlamentə yenidən təqdim edib. "Xarici təsirin şəffaflığı haqqında" adlı qanun layihəsində "xarici təsir agenti" ifadəsi əvəzinə "xarici dövlətin maraqlarını güdən təşkilat" ifadəsi işlədilir.

Qanun layihəsi gəlirləri, xüsusən də 20%-dən çoxu xaricdən əldə edilən qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Layihəyə əsasən, "xarici qüvvələrin maraqlarını təbliğ edən təşkilat" hesab edilən hər kəs dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək, həmçinin bəyannamə doldurmaq lazımdır. Qeydiyyatdan və ya bəyannamə doldurmaqdan imtina 25 min lari (təxminən 9,5 min dollar) məbləğində cərimə ilə cəzalandırılacaq.

Bu layihənin əleyhdarları Rusiyadan nümunə götürərək qanunvericiliyə xarici agent anlayışının daxil edilməsinə görə onu Rusiya qanunvericiliyinin analoqu adlandırırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Ən çox oxunanalar