Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Qərbi Azərbaycan xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib...

“Report”un xəbərinə görə, “Erməni kəndləri ilə digər kəndləri məqsədli şəkildə birləşdirirdilər” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə (Sisian) rayonunun, Sofulu kənd sakini Əlövsət Quliyevin həyat hekayəsinə həsr olunub.

O, doğulub, boya-başa çatdığı kəndin təbiətindən, keçirdiyi uşaqlıq, orta məktəb, gənclik illərindən, toy və milli oyunlardan danışıb:

“Biz Zəngəzur sıra dağlarının ətəyində idik. Uşaqlıqda oranı qarış-qarış at belində gəzmişəm. Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı”.

Onun sözlərinə görə, 1918-ci illərdə Andranikin dəstələri Hortagiz kəndini xarabalığa çevirib, dağıdıblar:

“Kəndin hər tərəfini mühasirəyə alıb bir yerdən çıxış qoyublar ki, guya oradan çıxsınlar. Həmin tərəfdən isə onları öldürüblər. Babamgil danışırdılar ki, o vaxt Sofulu kəndinə də ermənilər hücum ediblər. 1901-1908-ci illərdə bir köç olub, 1918-ci ildə təkrar hücum ediblər. Əmim qundaqda uşaq kimi Naxçıvana gedib, sonra yenidən qayıdıblar. Ermənilər kəndlərdən xalçalarımızı oğurlayıblar. Erməninin etibarı yoxdur.

Biz 11-ci sinifdə oxuyanda artıq təbəqələşmə gördük. Məktəbə gedirdik, ermənilər yolda balaca uşaqları öyrədirdilər ki, bizə daş atsınlar. Biz də uşağa nəsə edəndə, divarın dalından çıxıb hücum edirdilər ki, uşağı niyə vurursan. Bax, bu cür həyasız metodlardan istifadə edirdilər”.

Ə.Quliyev deyib ki, 1972-1973-cü illərdən sonra kənddə şagirdlərin sayı tədricən azalırdı, 1980-ci illərdə siniflərdə şagird çatmırdı:

“İşıqlar, Qızıl-Şəfəq, Sofulu, Murxuz kəndlərini bir sovxoz elədilər. Ondan sonra erməni kəndi ilə digər kəndləri birləşdirdilər və 1960-cı illərin sonunda düşünülmüş formada deportasiyamız başladı”.

O, doğma yurda qayıtmağı çox istədiyini də söyləyib:

“İnsan harada doğulubsa, ora qayıtmalıdır. Əzizlərinin qəbirləri, ruhları oradadır. O ruhlar bizi hər an narahat edir. Torpaq, Vətən itirmiş adamların daxilində həmişə nisgil var. Mən o yerlərin adlarını eşində də kövrəlirəm, gərginləşirəm, yaşıdlarım, itirdiklərim yadıma düşür. Əminəm ki, torpağı olmayan ermənilər gec-tez Azərbaycan torpağından gedəcəklər. Zəngəzur dəhlizi də açılacaq. Biz Bakıdan öz maşınlarımızla Qarakilsəyə, Göyçəyə gedəcəyik. Həmin bulaqlar, dağlar, çaylar bizi gözləyir. Öz yurdlarımızda bizim gənclərimiz ev də tikəcək, yurd da salacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı “Baku TV”nin süjetində:

Poliqon.info

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar