Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: Radiasiya fəlakətinin qarşısını almaq üçün dünya Rusiyaya təzyiq göstərməlidir

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, dünya ictimaiyyəti Zaporojya AES-də radiasiya fəlakətinin qarşısını almaq üçün Rusiya Federasiyasına təzyiq göstərməlidir. Onun sözlərinə görə, Zaporojya AES Ukraynanın tam nəzarətinə qaytarılmalıdır...

Poliqon xəbər verir ki, bu barədə dövlət başçısı Çernobıl AES-də baş vermiş fəlakətin 38-ci ildönümü münasibətilə "Telegram"da yazıb.

"Radiasiya sərhədləri tanımır və dövlət bayraqları arasında fərq qoymur. Çernobıl faciəsi dünyaya ölümcül təhlükələrin nə qədər tez yarana biləcəyini göstərdi. On minlərlə insan öz sağlamlığı və həyatı bahasına Çernobıl fəlakətinin böyüməsini dayandırdı və onu aradan qaldırdı. Bu faciə 1986-cı ildə və illər sonra dəhşətli nəticələrə səbəb oldu", deyə prezident bildirib.

Eyni zamanda, Zelenski iki il əvvəl Çernobıl Atom Elektrik Stansiyasının 35 gün ərzində Rusiyanın işğalı altında olduğunu xatırladıb:

"Rusiya əsgərləri laboratoriyaları ələ keçirdilər, mühafizəçiləri əsir götürdülər və işçi heyətinə qarşı sui-istifadə edərək, onlardan növbəti hərbi əməliyyatlara başlamaq üçün istifadə etdilər".

Eyni zamanda prezident əlavə edib ki, Avropada ən böyük olan Zaporojya AES 785 gündür rusların girovluğundadır:

"Və bütün dünyanın vəzifəsi Rusiyaya təzyiq etməkdir ki, AES azad edilsin və Ukraynanın tam nəzarətinə qaytarılsın və Ukraynadakı bütün nüvə obyektləri Rusiyanın zərbələrindən qorunsun".

Dövlət başçısının sözlərinə görə, yalnız bu, dünyanın yeni radiasiya fəlakətləri ilə üzləşməyəcəyinə zəmanət verəcək.

"Biz 1986-cı ildə insanların həyatını xilas etmiş insanların gücünü və fədakarlığını xatırlayırıq. Biz indi insanların həyatının qorunmasına kömək edən hər kəsə təşəkkür edirik", deyə dövlət başçısı qeyd edib.

Poliqon.info

 

 


Etiket: Zeıenski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

Ən çox oxunanalar