Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il qar ehtiyatı çoxillik normadan az olub

Azərbaycanda qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan Muxtar Respublikası Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları yüksək dağlıq ərazilərdə aparılan qarölçmə işlərini yekunlaşdırıb...

Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev "Report"a bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub.

Qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı çoxillik normadan az, lakin ötən illə müqayisədə çox olub.

A.Verdiyevin sözlərinə görə, aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz-yay dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun ötən illə müqayisədə bir qədər çox olmaqla, çoxillik normaya yaxın olacağı gözlənilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Ən çox oxunanalar