Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada hər gün 10-a yaxın fərari ölkəni tərk etməyə çalışır

Hər gün 10-a yaxın kişi saxta sənədlərlə Ukrayna ərazisini tərk etməyə cəhd edir...

Poliqon xəbər verir ki, Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko bildirib. Rəsminin sözlərinə görə, hərbi xidmətdən qaçanlar sərhədçilərə rüşvət verməyə çalışırlar.

“Təbii ki, kişilər saxta sənədlər təqdim etməyə çalışarkən, keçid məntəqələri vasitəsilə sərhədi qanunsuz keçməyə cəhdlər də olur. Belə hallar hər gün sərhəddə qeydə alınır. Hər gün sərhədi keçmək istəyərkən ifşa etdiyimiz təxminən 10 nəfər ola bilər”, deyə Demçenko telemarafonda efirdə bildirib.

Dövlət Sərhəd Xidmətinin spikeri Moldova və Rumıniyanı çağırışçılar arasında ən populyar istiqamətlər kimi göstərib. O, qeyd edib ki, rəhbərlik etdiyi idarənin əməkdaşları hüquq-mühafizə orqanları ilə birlikdə sərhədyanı ərazidə qanunsuz sərhədi keçmək cəhdlərini ifşa etmək üçün fəaliyyət göstərirlər.

Qeyd edək ki, aprelin ortalarında Ukrayna hakimiyyəti səfərbərliyi sərtləşdirən qanun qəbul edib. Sənəddə vətəndaşlar haqqında məlumatların hərbi komissarlıqlara, o cümlədən xaricdə yaşayanlara icbari təqdim edilməsi, hərbi bileti olmadığına görə hərbi xidmətə cəlb olunan şəxsi həbs etmək hüququ təqdim edilir. Ukrayna vətəndaşları artıq verilmiş çağırış vərəqəsinə uyğun olaraq hərbi komissarlığa gəlmədiklərinə görə cinayət məsuliyyəti daşıyırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar