Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Gürcüstanda qəbul olunan qanun layihəsini qınayıb

Avropa İttifaqı Gürcüstan parlamentində “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbulunu narahatedici hadisə adlandırıb...

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Avropa İttifaqının Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyinin birgə bəyanatında qeyd olunub.

"Bu gün Gürcüstan parlamenti Avropa İttifaqının dəfələrlə bu cür qanunvericiliyi geri götürmək çağırışlarına və kütləvi etirazlara baxmayaraq, “Xarici təsirlərin şəffaflığı haqqında” qanununu birinci oxunuşda qəbul edib.

Bu, çox narahatedici hadisədir və bu qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərəcək. Bu qanun Aİ-nin əsas norma və dəyərlərinə uyğun deyil", - birgə bəyanatda deyilir.

Qeyd olunub ki, sözügedən qanun vətəndaş cəmiyyəti və media təşkilatlarının sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıracaq, ifadə azadlığını məhdudlaşdıra və Gürcüstan vətəndaşlarına fayda verən təşkilatları ədalətsiz şəkildə ləkələyə bilər.

"Aİ Gürcüstanı onun Aİ-yə üzvlük yoluna xələl gətirə biləcək qanunları qəbul etməkdən çəkinməyə çağırır", - bəyanatda vurğulanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar