Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada ilk elmi toplantı keçirilib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantı keçirilib...

"Report" xəbər verir ki, bu tədbir Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır.

Toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizdə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində fəaliyyət göstərən həkimlər iştirak edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsinin fəxri sədri Kamran Musayev mədəniyyət paytaxtımız Şuşada ilk dəfə keçirilən elmi tibbi toplantının əhəmiyyətini qeyd edib.

Sonra TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov çıxış edib. Ürək-damar cərrahlarının Şuşada keçirilən elmi toplantısının həkimlərin elmi yenilikləri müzakirə etməsinə və təcrübə mübadiləsi aparmasına mühüm töhfə verəcəyini bildirib.

AÜDCC-nin sədri Ramil Əliyev toplantının proqramında ürək-damar cərrahları və kardioloqların çıxışlarına yer ayırıldığını, həm çıxışların, həm də aparılacaq müzakirələrin iştirakçıların biliklərini yeniləməsi və təcrübə mübadiləsi üçün faydalı olacağını bildirib.

Daha sonra toplantı panel müzakirələrlə davam edib. Çıxışçılar "Anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsində minimal invaziv üsullar", "Qulaqcıq fibrilyasiyasında LAA bağlanması: kimə və nə zaman?", "Arkus aortanın odlu silah yaralanmasına cərrahi yanaşma", "Aşağı ətrafın asimptomatik periferik arterial xəstəliyi və fasiləli axsama: 2024-cü il klinik təcrübə təlimatları", "Minimal İnvaziv qapaq cərrahiyyəsi: kimə və nə zaman?", "Funksional mitral çatışmazlığında diaqnostika və medikamentoz müalicə", "Dərin venoz trombozun müalicəsində müasir yanaşma" və "Açıq ürək əməliyyatından sonrakı ECMO: zamanlama və taktika" mövzularında təqdimatlar edib, mövzular ətrafında diskussiya aparılıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar