Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Tacikistan XİN başçıları görüşüb - Yenilənib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb...

Görüş zamanı tərəflər Azərbaycan və Tacikistan arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı dost əlaqələrin əsasını təşkil etdiyini vurğulayıblar.

Görüşdə nazirlər son illərdə daha da artan tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulayıblar.

Ölkəmizin Mərkəzi Asiyanın qardaş və dost ölkələri ilə əlaqələrə böyük önəm verdiyi diqqətə çatdırılıb. Bir sıra çoxtərəfli tədbirlərlə yanaşı, Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun dəvəti ilə 14 sentyabr 2023-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə iştirakının əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın ortaq tarixi, dini və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya ölkələri ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qaldırmaq niyyətində olduğunu bildirərək, iki ölkə arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə edilən intensivliyin davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı nazir Ceyhun Bayramov beynəlxalq və regional təşkilatlarda əməkdaşlığın, eləcə də iki ölkə arasında ikitərəfli siyasi məsləhətləşmələrin davam etdirilməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Tacikistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı ticarət, sənaye, kənd təsərrüfatı, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Görüş zamanı tərəflər qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi yollarının araşdırılması, hər iki ölkənin geniş turizm potensialını nəzərə alaraq, birgə turizm marşrutu, Orta Dəhliz üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

12 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, Ceyhun Bayramov aprelin 11-də Belarusa işgüzar səfər edib. Azərbaycan XİN başçısı bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar