Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DVX: Araq istehsalı sahəsində şərtlərə cavab verən istehsal müəssisələri bazarda qalacaq

Kustar üsulla araq istehsal edən kiçik müəssisələr, digər tərəfdən, real investisiya qoyan, şəffaf istehsalla məşğul olan firmalar var...

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Samirə Musayeva bildirib ki, məqsəd istehsal sahələrinin bazardan çıxarılması, yaxud onların bağlanması deyil: “Şərtlərə cavab verən mövcud istehsal sahələri bazarda qalacaq. Bizim əlimizdə artıq siyahı da var. Şərtlər əvvəlcədən elan olunub, istehsalçılar istər birləşər, istər şərtlərə əməl etmək üçün addımlar atarlar. Məqsəd bazarın şəffaflaşdırılmasıdır. Yəni bu, həm insanların sağlamlığı, həm də bazarın şəffaflaşdırılması baxımından vacibdir”.

Deputat Novruz Aslanov qeyd edib ki, bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq: “Ən çox vergi ödəyən vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan ta bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan çıxaraq. Kiçik istehsal sahələri sıradan çıxacaq, böyük istehsal sahələri öz sözünü deyəcək. Bu qanunu dəstəkləmək lazımdır”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar