Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda detonator partlayıb, xəsarət alan var, araşdırma aparılır - Yenilənib

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının xəsarət alması faktı ilə bağlı araşdırma aparılır...

Poliqon xəbər verir ki, bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, ANAMA əməkdaşı xəsarət alıb.

Bu barədə Poliqon-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, hadisə 2024-cü il 6 aprel tarixində baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Deputat Tahir Mirkişinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Ən çox oxunanalar