Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu: İran illərdir İsrailə qarşı fəaliyyət göstərir...

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İran illərdir İsrailə qarşı fəaliyyət göstərir, buna görə də İsrail tərəfi İran və onun peyklərinə qarşı tədbirlər görür...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, İsrailin Baş naziri bu mövzunu Qüdsdə təhlükəsizlik kabinetinin iclasında qaldırıb.

“Uzun illərdir İran həm birbaşa, həm də öz peykləri vasitəsilə bizə qarşı işləyib və buna görə də İsrail İrana və onun peyklərinə qarşı həm müdafiə, həm də hücum xarakterli hərəkət edir”, deyə Netanyahu bildirib. Onun çıxışı İsrail Kabinetinin mətbuat xidməti tərəfindən dərc olunub.

Xatırladaq ki, aprelin 1-də İsrail təyyarələri Dəməşqdə İran səfirliyi kompleksinin yerləşdiyi diplomatik məhəlləyə hücum ediblər. Hücum nəticəsində İran konsulluğu dağıdılıb. Zərbə zamanı içində iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi olmaqla İslam İnqilabı Keşikçiləri Korpusunun beş zabiti ölüb. İran prezidenti İbrahim Rəisi konsulluğa hücuma görə İsrailə müsəlmanlardan qisas alacağını vəd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar