Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Poroşenko prezident seçkiləri ilə bağlı planlarını açıqlayıb

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ölkədə seçkilər keçirməyə müvəffəq olduqda daha bir müddət üçün namizədliyini irəli sürmək planlarını açıqlayıb...

Poliqon xəbər verir ki, sabiq prezident bu barədə Al Jazeera telekanalına danışıb.

Qeyd edək ki, Vladimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatır. Prezident seçkiləri martın sonunda keçirilməli idi, lakin Ukraynada hərbi vəziyyət hökm sürür. Ukrayna qanunlarına görə, belə şərtlərlə nə prezident seçkiləri, nə də Ali Radaya seçkilər keçirilmir.

Eks-prezident vurğulayıb ki, seçkilərin keçirilməsi üçün ilk növbədə müharibəyə son qoyulması, hərbi vəziyyətin aradan qaldırılması lazımdır.

Poroşenko həmçinin əlavə edib ki, bu müharibə “Ukraynadan da böyükdür”.

“Söhbət dünya nizamı, azadlıq, demokratiya və sülhün əsas prinsipləri uğrunda mübarizədən gedir”, deyə eks-prezident fikrini yekunlaşdırıb.


Xatırladaq ki, Poroşenko 2014-cü il iyunun 7-dən 2019-cu il mayın 20-dək Ukrayna prezidenti olub. 2019-cu ildə seçkilərdə o, Zelenskiyə uduzub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar