Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdollahian: ABŞ İsrailin İran konsulluğuna hücumuna görə cavab verməlidir...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian X sosial şəbəkəsində İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinin İran Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib...

Poliqon xəbər verir ki, Tehran İsveçrəli diplomat vasitəsi ilə öz mesajını ABŞ-a çatdırıb. İran xarici işlər naziri vurğulayıb ki, Vaşinqton İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna görə məsuliyyət daşımalıdır, çünki ABŞ “sionist rejim”in tərəfdarıdır.

Xatırladaq ki, aprelin 1-i axşam saatlarında İranın Dəməşqdəki konsulluğuna hücum edildiyi məlum olub. Hücum nəticəsində bina tamamilə dağılıb. Zərbə zamanı iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti ölüb. The New York Times qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib. Onların sözlərinə görə, hədəf general Zahedi olub.

Bundan sonra İranın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək, onu İsrailin zərbəsini pisləməyə çağırıb. Diplomatik nümayəndəlik İsrailin hərəkətlərini terror hücumu adlandırıb və zərbənin BMT Nizamnaməsinə zidd olduğunu vurğulayıb. Məktubda həmçinin bildirilir ki, İran sərt cavab vermək hüququnu özündə saxlayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Ən çox oxunanalar