Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim partiya: LGBT-ni təbliğ etmək üçün Gürcüstana çoxlu pul gəlir...

Gürcüstana azad məhkəmə sistemi ilə mübarizə və LGBT təbliğatı üçün çoxlu pul gəlir, lakin bu vəsaiti alanlar əsl məqsədlərini gizlədirlər...

Poliqon xəbər verir ki, bunu Gürcüstanda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

"Son zamanlar biz çoxlu məlumat alırıq ki, həm azad məhkəməyə qarşı, həm də LGBT təbliğatını dəstəkləmək, yəni ailənin mənafeyini qorumaq üçün atılan addımlara qarşı çıxmaq üçün ölkəyə çoxlu pullar daxil olur", deyə Mdinaradze bildirib.

Mdinaradzenin sözlərinə görə, hakimiyyətin əleyhdarları və onların əcnəbi ağaları heç nəyin onların xeyrinə olmadığını başa düşüblər və indi bütün diqqətlərini pula yönəltmək qərarına gəliblər.

Mdinaradze vurğulayıb ki, yayılan məlumatlara görə, Gürcüstanda LGBT-nin dolayı təbliğatı üçün nəzərdə tutulan külli miqdarda pulun bir hissəsi, yəni 5-6%-i (bu da böyük məbləğdir) müxalif "Mtavari Arxi" telekanalına ayrılıb.

"Bəziləri deyir ki, qrant LGBT-lərin dolayı təbliğatı üçün deyil, sadəcə olaraq qrantı məqsədsiz şəkildə təsdiqləyiblər. Qrantlar əbəs yerə və məqsədsiz təsdiqlənmir", deyə icraçı katib vurğulayıb.

"Mtavari Arxi"nin qrant qazanması faktını telekanalın təsisçisi Nika Qvaramiya da təsdiqləyib və o, həbsdən çıxdıqdan sonra siyasətə girməyə qərar verib. Qvaramiya "Rustavi 2" telekanalına 6,8 milyon lari məbləğində ziyan vurduğuna və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs edilmişdi.

"Mən qrant qazandığımızı bilirəm. Bilirəm ki, bu qrant heç bir təbliğata aid deyil. Bu, Qərb fondunun müntəzəm qrantıdır. Fond tənqidi mediaya kömək edir", deyə Qvaramia "İmedi"yə telefon şərhində bildirib.

"Mtavari Arxi"nin beynəlxalq əlaqələr üzrə rəhbəri Nino Nakaşidze isə bildirib ki, bu televiziya kiminsə təbliğatı üçün işləmir və "Mtavari Arxi"nin başqa problemləri var - keyfiyyətli media məzmunu yaratmaq üçün qrantlara ehtiyacı duyur.

Bundan əvvəl "İmedi" telekanalı hakim partiyanın LGBT təbliğatını qanunvericilik səviyyəsində qadağan etməsinin qarşısını almaq üçün Gürcüstana radikalizm və destruktiv hərəkətlərə görə külli miqdarda pulun gəldiyi barədə məlumat vermişdi. Məlumatda deyilir ki, ölkəyə, milli kimliyə qarşı mübarizə həlledici mərhələdədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar