Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində keçmiş federasiya prezidenti 11 milyon dollar rüşvətə görə ömürlük həbs cəzası alıb

Çinin mərkəzi Hubei əyalətinin məhkəməsi Çin Futbol Assosiasiyasının (CFA) keçmiş rəhbəri Çen Syuyanı vəzifə səlahiyyətlərindən sui-istifa və 11 milyon dollardan çox rüşvət almaq ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib...

Poliqon xəbər verir ki, bu barədə Sinxua Agentliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, 2010-cu ildən 2023-cü ilə qədər ən azı 13 il ərzində Çen yüksək vəzifələrindən, o cümlədən CFA rəhbərliyindəki vəzifələrindən idman obyektlərinin tikintisi layihələrinin həyata keçirilməsi üçün müqavilələrin əldə edilməsində maraqlı şəxslərə və şirkətlərə kömək etmək üçün istifadə edib. O, qurğular və idman tədbirlərinin keçirilməsi və üçüncü şəxslərə karyera yüksəlişində və yüksək vəzifələrə təyin edilməsində köməklik göstərib.

Məhkəmənin qərarında deyilir ki, Çen CFA-ya rəhbərlik edərkən Çin futbolunu korlayıb, idman yarışlarının bütövlüyü prinsipini ciddi şəkildə pozub və ölkə futbolunun inkişafına böyük ziyan vurub.

Xüsusən, məmur qaydalardan yayınaraq bir neçə futbol klubu və əyalət futbol assosiasiyalarının idman tədbirlərinin keçirilməsi hüququnu alması üçün lobbiçilik edib, həmçinin səlahiyyətlərindən istifadə edərək hakimlərin milli liqada müəyyən futbol klublarının xeyrinə qərarlar qəbul etməsinə təsir göstərib.

Bunun müqabilində bu müdəətdə o, 81 milyon yuan (təxminən 11,4 milyon dollar) pul və qiymətli əşyalar alıb.

Yüksək rütbəli məmurun bu cür məbləğdə rüşvət alması Çində xüsusilə ağır cinayət hesab edilir və ən yüksək cəza - ölüm hökmü ilə cəzalandırılır. Lakin məhkəmə Çenin istintaqla əməkdaşlıq etdiyini və qanunsuz qazancını geri qaytardığını nəzərə alıb və ona görə də daha yüngül - ömürlük həbs cəzası verib.

Məhkəmənin qərarı ilə keçmiş məmur ömürlük siyasi hüquqlarından məhrum edilib, onun bütün şəxsi əmlakı müsadirə olunacaq, qanunsuz gəlirləri toplanaraq dövlət xəzinəsinə köçürüləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Ən çox oxunanalar