Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - Yenilənib

Martın 15-də Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib...

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, xarici işlər naziri Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edib.

Nazir Ceyhun Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib.

Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, o cümlədən AzərbaycanErmənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib.

Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub.

Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb, habelə təşkil olunmuş mətbuat konfransı çərçivəsində nazirlər bəyanatlarla çıxış ediblər.

***

Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir.

Poliqon xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir:

“Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”.

***

Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşü zamanı müzakirə ediləcək məsələləri açıqlayıb.

Poliqon xəbər verir ki, nazir açılış nitqində qeyd edib ki, XİN başçıları üçtərəfli regional əməkdaşlığa, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal hadisələrə dair fikir mübadiləsi aparacaqlar.

Nazir əlavə edib ki, görüş çərçivəsində ümumi bəyannamə qəbul ediləcək.

***

Bakıda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.

Poliqon xəbər verir ki, görüşdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.

Üçtərəfli görüş çərçivəsində Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb

“Ekoloji Maarifçiliyə Yardım” ictimai Birliyi layihəsinin icrasını davam etdirir

Ən çox oxunanalar