Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tarqovı"nın ətrafındakı küçələrdə maşınlara qadağan qoyulacaq

Bir neçə gün əvvəl Bakının mərkəzində yerləşən Xaqani bağının ətrafı avtomobillər üçün bağlanıb.

Poliqon xəbər verir ki, Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Xaqani bağının ətrafına üç istiqamətdən avtomobillər üçün məhdudiyyət qoyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov bildirib ki, yeni layihə ilə əlaqədar ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub.

"Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək", - açıqlamada bildirilir.

Şəhərdə piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyi artırmaq üçün daha hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki,
bu addım ərazidə sıxlığın aradan qalxmasına səbəb olacaq:


“Həmçinin piyadalar da sərbəst şəkildə hərəkət edə biləcəklər. Bu addım şəhərdə mobilliyə, həm də piyada yönümlü şəhər istiqamətində atılan addımların tərkib hissəsidir. Son illər piyadalara fərqli münasibət sərgilənməyə başlanıb. Etiraf etməliyik ki, bundan əvvəl piyadaların yol hərəkətində təşkili çox ciddi şəkildə nəzərə alınmırdı. Xaqani küçəsinə avtomobillərin daxil olmasına məhdudiyyət qoyulması çox təqdirəlayiq haldır. Düşünürəm ki, bu addım orda heç bir tıxaca da səbəb olmayacaq. Onsuzda orada nəqliyyat vasitələrinin gediş-gəlişi o qədər yox idi. Sadəcə ora gələn insanlar və orada yaşayan insanlar avtomobillərini park edirdilər. Bu əraziləri daha da çoxaltmağa ehtiyac var. Ona görə də avtomobillərin girişi məsələsini bəzi ərazilərdə də genişləndirmək məqsədə uyğun olardı”.

Nəqliyyat eksperti hesab edir ki, "Fəvvarələr meydanı" deyilən ərazinin ətraf küçələrinə də nəzər yeritirmək lazımdır:

“Diqqətlə baxmaq, hərəkətin intensiv olmadığı bu kimi küçələri də genişləndirmək vacibdir. Burada tək onu nəzərə almaq lazımdır ki, yerli əhalinin avtomobillərini park etməyə dayanacaqları yoxdur. Bu dayanacaq uzaq məsafədədir. Öncə bu məsələni həll etmək daha məqsədə uyğun olardı”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır

Ən çox oxunanalar