Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haitidə hökumət binalarına hücum edildi

Haitidə silahlı dəstələr tərəfindən paytaxt Port-o-Prins şəhərinin mərkəzində və onun ətrafında yerləşən bir neçə hökumət binasına genişmiqyaslı hücumlar olub.

Poliqon xəbər verir ki, hücumlar koordinasiyalı şəkildə və sürətlə həyata keçirilib, müxtəlif qruplar eyni vaxtda prezident sarayı, daxili işlər nazirliyi və Haitinin qərb dairəsinin, o cümlədən Port-o-Prinsin polis qərargahı da daxil olmaqla bir çox dövlət qurumlarına hücum ediblər.

Haitinin paytaxtında güclü atışma və partlayış səsləri eşidilib. Quldurlarla polis və hərbçilər arasında baş verən döyüşlər səbəbindən sakinlər yaşadıqları məhəllələri tərk etmək məcburiyyətində qalıblar. İlkin məlumatlara görə, onlarla yaraqlı öldürülüb. Polislər arasında ölüm halları barədə məlumat yoxdur.

Qeyd edək ki, Prezident Jovenel Moiz 2021-ci ilin iyulunda öldürüldükdən bəri prezident sarayı boşdur. 2010-cu ildə baş verən güclü zəlzələ kompleksin böyük hissəsini dağıdıb və onu tamamilə istifadəyə yararsız hala salıb. Bununla belə, bu bina Haiti federal administrasiyasının simvolu olaraq qalır və 24 saat mühafizə olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar