Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Türkiyə tərəfini Ermənistanla sülh istiqamətində atılan son addımlar barədə məlumatlandırıb

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə tərəfini Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb...

Bu barədə Poliqon-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, C.Bayramov martın 7-də Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, qardaş Türkiyənin diplomatik uğurları və diplomatik təmsilçiliklərinin sayına görə dünyada 3-cü yerə yüksəlməsi ilə fəxr etdiyini bildirib. Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində qərarın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyi diqqətə çatdırıb.

Habelə, beynəlxalq və regional təhdidlər, miqrasiya problemi və digər istiqamətlərdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb.

Azərbaycanın əsas xarici siyasət prioritetlərindən olan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.

Nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Ən çox oxunanalar