Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Almaniyanın dövlət katibi ilə görüşüb - Yenilənib

Berlində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bagger ilə ikitərəfli görüş keçirib...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Berlində AzərbaycanErmənistan xarici işlər nazirləri arasında aparılmış sonuncu danışıqlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin, eləcə də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin geniş əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.

Qarşı tərəf Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, aparılmış sonuncu danışıqlar barədə məlumatlandırılıb, ölkəmizin sülh sazişi layihəsi üzrə baxışları, Ermənistanla münasibətlərin və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət kəsb edən məqamlar diqqətə çatdırılıb.

Prosesin irəlilədilməsi istiqamətində görüşlərin təşkilində dəstəyə görə Almaniya tərəfinə təşəkkür ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər.

Azərbaycanlı nazir almaniyalı rəsmini Ermənistan XİN rəhbəri ilə apardığı müzakirələr barədə də məlumatlandırıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Bakı Quba yolunda piyadanı maşın vurub öldürüb - Yenilənib

Ən çox oxunanalar