Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalıda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Memorial Kompleksin təməli qoyuldu  

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində yerli azərbaycanlılara qarşı soyqırım aktı törədildi. Bu dəhşətli soyqırım təkcə azərbaycanlılara qarşı deyil bütün insanlığa qarşı törədilmiş müdhiş bir cinayət idi. Bu vəhşiliyi törədənlər isə keçmiş sovet ordusunun Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının şəxsi heyəti və Ermənistan Respublikasının silahlı qüvvələri idi.

Xocalı şəhəri toplardan atəşə tutularaq darmadağın edilmişdir. Sağ qalan dinc sakinlərə vəhşicəsinə divan tutulmuşdu. Burada elə bir cinayətlər törədilmişdir ki, bəlkə də indiyədək yer üzü belə vəhşilik, belə cəlladlıq görməyib. Demək olar ki, Xocalı yerlə yeksan edilərək yer üzündən silinmişdir.

613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütövlükdə məhv edilmişdir. 1275 sakin qocalar, uşaqlar, qadınlar girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan Dövlətinin səyləri nəticəsində cəmi 18 ölkə bu qanlı cinayəti, dəhşətli faciəni soyqırım kimi tanıyıb. Bu ölkələr içərisində isə təəssüf ki, böyük ölkələrin adları yoxdur. Beynəlxalq təşkilatların əksəriyyəti də bu faciəyə biganə qalmışdır.

Ermənistan və onun arxasında dayanan bir sıra ölkələr Xocalı soyqırımını ört-basdır edərək Ermənistana qarşı sanksiya tədbiq edilməsinin və onların məsuliyyətə cəlb olunmasının qarşısını almağa çalışırdılar. 

Azərbaycan xalqı heç vaxt müharibə istəməyib. Dövlətimiz bu münaqişəni onillərlə 

sülh yolu ilə həll etməyə çalışıb. Lakin Ermənistan öz cinayət əməllərindən əl çəkməyərək, heç bir bəyanata məhəl qoymayaraq terrorçuluğuna davam edirdi. Odur ki, Azərbaycan məcbur olub Vətən Müharibəsində öz gücü ilə öz torpaqlarını erməni işğalçılarından azad etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq bütün beynəlxalq humanitar hüquqa uyğun müharibə apardı. Müharibə vaxtı və antiterror əməliyyatlarında Qarabağın dinc erməni əhalisinə ziyan dəymədi. Digər işğaldan azad edilən rayonlarımız kimi Xocalıda da Azərbaycan bayrağı ucaldıldı. Xocalı qurbanlarının qisası döyüş meydanında mərd-mərdanə alındı. Onların nahaq tökülmüş qanı yerdə qalmadı.

Bu il ilk dəfədir ki, Xocalı soyqırımı Xocalıda qeyd olundu. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleksin təməli qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: “İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan ərazilər isə beş ay bundan əvvəl azad edilmişdir.

Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.

Xalqımız ağır günlər yaşadı o illər. Azərbaycanda yüzdən çox köçkün qəsəbəsi salındı. Xocalılar üçün isə məhz Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Ağcakənd qəsəbəsində birinci köçkün qəsəbəsi salınmışdı.

Çadır şəhərcikləri 2007-ci ildən ləğv edildi. Köçkünlər Bakıda və Azərbaycanın digər rayonlarında evlə təmin edildilər. Bu gün isə çox sevindirici haldır ki, artıq vətənimizdə köçkün anlayışı tamamilə silinib. Bütün torpaqlarımız geri alınıb. Suverenliyimizə, ərazi bütövlüyümüzə qovuşmuşuq.

Torpaqlarımız vəhşi işğalçılardan azad edilib. Şəhər və kəndlərimiz yenidən qurulur. Köçkünlərimiz öz doğma yurd-yuvalarına üz tuturlar. İndiyədək beş yaşayış məntəqəsinə keçmiş köşkünlər qaytarılıb. Bu il isə yeni yaşayış məntəqələrinin sayının 20-yə çatdırılması nəzərdə tutulub. Xocalıda, Xankəndidə artıq həyat bərpa ediləcək. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər.

Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm də bacarıqlıdır. Qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”.

Nizami Zalov - Abşeron Ağsaqqallar Şurasının sədri, Şəhid Vidadi Zalovun atası

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılıb

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Ən çox oxunanalar