Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbə və gənclər üçün “Layihələrin yazılması və idarə olunması” adlı təlim proqramı baş tutdu

Tələbə və gənclər üçün “Layihələrin yazılması və idarə olunması” adlı təlim proqramı baş tutduTələbə və gənclər üçün “Layihələrin yazılması və idarə olunması” adlı təlim proqramı baş tutdu...

GSM-in (Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi) təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün 2023-cü ilin 5-9 sentyabr tarixlərində “Layihələrin yazılması və idarə olunması” mövzusunda qısamüddətli təlim kursu keçirilib.

Təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarə olunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarət olub.

Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən aşağıdakı mövzular üzrə seminarlar təşkil olunub:

* Tədqiqat metodları və təhlil;
* Layihə təkliflərinin hazırlanması: layihənin hədəf aldığı problem və onun əsaslandırılması (problem tree) necə tərtib edilir?
* Məntiqi Çərçivə Matriksi (LogFrame) hazırlanması;
* Layihənin “həyat dövrü” və layihə menecmentinin əsasları;
* Layihə təklifinin inkişafı: kommunikasiya və layihə barədə məlumatlandırma (visibility) strategiyaları;
* Monitorinq və qiymətləndirmə, hesabatların hazırlanması;
* Humanitar, sosial və təhsil istiqamətli layihələr üçün mövcud maliyyə imkanları, resurslar və alətlər;
* Yerli və beynəlxalq fandreyzinq (maliyyələşmə) imkanlarının artırılması.

Proqram çərçivəsində təşkil edilən “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə əldə ediblər.

Qeyd edək ki, təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar