Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın keçmiş separatçıları ermənilərin qayıtması üçün hansı “konkret addımlar” atırlar?

Özünü “Qarabağ parlamentinin spiker əvəzi” kimi təqdim edən Qagik Bağunts deyib ki, onlar Qarabağı tərk etmiş erməni əhalinin kütləvi qayıdışı üçün “konkret addımlar” atırlar...

Politoloq: “Azərbaycan unitar bir dövlətdir və Naxçıvanı çıxmaq şərti ilə hər hansısa bir fedaral ünsürün yaranması faktiki olaraq Azərbaycanın siyasi, idarəetmə sisteminin dəyişməsi deməkdir”.

“İndiki məqamda bəzi separatçı təfəkkürdəki insanların əsas istəyi sadəcə mövcud situasiya vəziyyətdən aslı olaraq Qərbə təzyiq yaratmaq, Azərbaycan əleyhinə beynəlxalq bir təzyiq formalaşdırmaq, sanksiyalar tətbiq etməkdir”.

Bu sözləri politoloq Turan Rzayev keçmiş separatçıların Qarabağ ermənilərini yenidən qaytarmaq üçün aktivləşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Azadlıq Radiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Qarabağın keçmiş separatçı rejiminin liderlərindən biri, özünü “Qarabağ parlamentinin spiker əvəzi” kimi təqdim edən Qagik Bağunts deyib ki, onlar ötən sentyabrda Azərbaycanın keçirdiyi əməliyyatdan sonra Qarabağı tərk etmiş erməni əhalinin kütləvi qayıdışı üçün “konkret addımlar” atırlar. Bilirk ki, Azərbaycan hökuməti dəfələrlə bildirib ki, Qarabağ erməniləri evlərinə qayıdıb yaşamaqda sərbəstdirlər, amma bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Lakin erməni tərəfi bundan imtina edir.

Bu durumda əhalinin kütləvi qayıdışı üçün “konkret addımlar” deyərkən separatçılar nəyi nəzərdə tutur və ermənilərin bu hay-küyü hansısa nəticə verə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Azərbaycan qanunlar çərçivəsində hərəkət edib, beynəlxalq hüququn tələb və normalarına hər zaman riayət edib. Buna görə də ermənilərin hər hansı bir addım atması əsas yoxdur və bu sadəcə mənasızdır”.

Əlavə imtiyazın digər etnik bir azlığa verilməsinin digərlərinə qarşı haqsızlıq olduğunu qeyd edən politoloq Poliqon-a bildirib ki, Azərbaycanda ermənilər üçün xüsusi imtiyazlar heç bir vaxt olmayacaq:

“Əvvəl onu qeyd edim ki, Azərbaycan lokal antiterror tədbirləri və 44 günlük vətən müharibəsi ilə həm Qarabağdakı yüz illik separatizmi, həm də 30 illik işğala son verdi. Proses sonunda da, ermənilər bu ərazini öz istəkləri və heç bir zorakılıq olmadan tərk etdilər. Təbii olaraq Azərbaycan onların əmlakına bu günə qədər zərər vurmayıb. Şəxsən mən özüm Qarabağda, Xankəndində, Xocalıda olarkən də bunu müşahidə etdim ki, heç bir erməni evlərinə zərər vurulmayıb. Hətta Xankəndindəki reklamlar, lövhələr də erməni dilində qalmaqdadır. Yəni ermənilərdən irsindən qalan heçnəyə zərər vurulmayıb və Azərbaycan dəfələrlə bildirib ki, ermənilər geri qayıdacağı təqdirdə öz əmlaklarında yaşaya bilərlər. Amma o şərtlə ki, Qarabağa qayıdacaq ermənilər Azərbaycan konstitusiyasını və vətəndaşlığını qəbul etməlidir.

O ki, qaldı onlara hər hansı bir muxtariyyətin imtiyazların verilməsinə bu əvvəla Azərbaycan qanunlarına ziddi. Çünki Azərbaycan unitar bir dövlətdir və Naxçıvanı çıxmaq şərti ilə hər hansısa bir fedaral ünsürün yaranması faktiki olaraq Azərbaycanın siyasi, idarəetmə sisteminin dəyişməsi deməkdir. Eyni zamanda bu bir unitar dövlətin unitar bütövlüyünün pozulması deməkdir.

Turan Rzayev: “Hər halda, bütün bu şərtlər daxilində ermənilər Qarabağa qayıda bilər, amma onlar əlavə şərtlər istəyirlərsə təbii ki, bu mümkün deyil”.

Bundan əlavə də, Azərbaycan konstitusiyasında bütün etnik azlıqların hüquqları birmənalı şəkildə göstərilibdir. Əlavə imtiyazın digər etnik bir azlığa verilməsi digərlərinə qarşı da haqsızlıq olar və onların özlərinin birbaşa əlavə istək irəli sürməsinə gətirib çıxarda bilər. Bu risk heç bir halda gözardı önünə alına bilməz. Hər halda, bütün bu şərtlər daxilində ermənilər Qarabağa qayıda bilər, amma onlar əlavə şərtlər istəyirlərsə təbii ki, bu mümkün deyil.

İndiki məqamda bəzi separatçı təfəkkürdəki insanların əsas istəyi sadəcə mövcud situasiya vəziyyətdən aslı olaraq Qərbə təzyiq yaratmaq, Azərbaycan əleyhinə beynəlxalq bir təzyiq formalaşdırmaq, sanksiyalar tətbiq etməkdir . Amma Azərbaycan qanunlar çərçivəsində hərəkət edib, beynəlxalq hüququn tələb və normalarına hər zaman riayət edib. Buna görə də ermənilərin hər hansı bir addım atması üçün əsas yoxdur və bu mənasızdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar