Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin sədri Tailand, Bəhreyn, Tacikistan və Oman parlamentlərinin sədrləri ilə görüşüb - Foto

Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhamadnoor Matha, Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam, Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodan, Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali və Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb...

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Vanmuhamadnoor Matha əmin olduğunu bildirib ki, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcək.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu seçkilər xalqımız və dövlətimiz üçün tarixi əhəmiyyətə malikdir. Çünki ilk dəfədir ki, seçkilər bütöv, suveren Azərbaycan ərazilərinin hər yerində, o cümlədən, işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçirilib.

Sahibə Qafarova Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşdə bildirib ki, xalqlarımız arasında mövcud olan ortaq din və mədəni dəyərlər ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət töhfə verir, ölkələrimiz bir sıra sahələrdə uğurlu əməkdaşlıq edirlər. Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının uğurla keçiriləcəyinə inamını ifadə edən Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam bu təşkilatın birgə əməkdaşlıq üçün yaxşı platforma olduğunu qeyd edib. Görüşdə Azərbaycan və Bəhreynin BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb.

Milli Məclisin sədri Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini Ermənistanın işğalından azad etdiyini, ötən ilin sentyabrında isə lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb. Spiker, hazırda işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin həyata keçirildiyini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb. Mahmadtoir Zokirzoda Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin etməsini mühüm hadisə adlandırıb.

Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali ilə görüşdə ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün yaxşı imkanlar mövcud olduğunu nəzərə çatdırıb. Sahibə Qafarova parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və birgə fəaliyyətinin hər iki tərəfin maraqlarına cavab verdiyini vurğulayıb. Görüşdə müasir dövrdə dünyada mövcud olan ikili standartlar, islamofobiya meylləri tənqid olunub. Oman Sultanlığının Şura Məclisinin sədri, Azərbaycana ilk dəfədir səfər etdiyini və paytaxt Bakının nümayəndə heyətində xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Eyni zamanda lkələrimiz arasında mövcud olan müsbət siyasi əlaqələrin münasibətlərin bir çox sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını, o cümlədən, ticarət dövriyyəsinin artırılması, turizm əlaqələrinin daha da inkişafı və digər mövzularla bağlı fikirlərini bölüşüb. O, həmçinin parlamentlərimiz arasında da əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib.

Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşən Milli Məclisin sədri Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin hərtərəfli genişləndirilməsinə, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığın inkişafına önəm verdiyini, bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin Ərəb Parlamenti ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində də maraqlı olduğunu bildirib. Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin sədri Əl-Asuminin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə əlaqədar fevralın 13-də AŞPA prezidenti Teodoros Rusopulosa məktubla müraciət etməsinin və bu qərara yenidən baxılmasına çağırmasının Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bunun dost münasibətinin bir təzahürü olduğunu diqqətə çatdırıb.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində münasibətlərdən danışan Milli Məclisin sədri qonağın 2022-ci ildə bu təşkilatın Bakıda keçirilmiş I Konfransında iştirakını və fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə etməsini məmnunluqla qeyd edib. Spiker Sahibə Qafarova Ərəb Parlamenti tərəfindən QHPŞ-yə müşahidəçi statusunun verilməsi barədə qərarın qəbulunun da yüksək qiymətləndirildiyini qeyd edib.

Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü plenar sessiyasında müzakirə olunacaq məsələlərin üzv dövlətlər üçün əhəmiyyətindən danışıb. Ərəb Parlamentinin Milli Məclislə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən Adel bin Abdul Rahman Əl-Asumi Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləməyə hazır olduqlarını deyib. O, Azərbaycanın QHPŞ-də fəaliyyətini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Azərbaycanda azad və şəffaf şəraitdə müvəffəqiyyətlə keçirilmiş Prezident seçkiləri münasibətilə təbriklərini çatdıran Adel bin Abdul Rahman Əl-Asumi bu seçkilərdəki seçici fəallığının digər ölkələrə nümunə olduğunu vurğulayıb.

Görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Ən çox oxunanalar