Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qatarların gəlmə vaxtının göstərilməməsinə reaksiya: “İnsanlar gündəlik cədvəldən artıq bilirlər”

Bakı metrosunda qatarların hərəkət cədvəlini göstərən monitor qatarın neçə dəqiqəyə stansiyaya çatacağını göstərmir...

Əvəzində stansiyadan qatarın getdiyi vaxtı göstərir. Ona görə də “Bakı Metropoliteni”ndən istifadə edənlər növbəti qatarın gəlmə vaxtını dəqiq bilmirlər.

Sərnişinə isə qatarın stansiyadan neçə dəqiqə öncə çıxması yox, gözlədiyi qatarın nə zaman gələcəyi maraqlıdır.

Bəs bunun göstərilməməsinə səbəb nədir və bu, tənzimlənə bilərmi?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, bu, sovet dövründə tətbiq olunmuş sistemdir:

“O dövrdə digər şəhərlərdə olan metropolitenlər də bu sistemlə işləyirdi. Bu, əsasən sərnişinlər üçün deyildi, hərəkətin təşkili ilə bağlı maşinistlər üçün olan sistem idi. Hazırda dünyada bununla bağlı bir neçə sistem var. Hətta Bakı metropolitenində də vaxtilə sınaq xarakterli işlər aparılıb, eyni zamanda, bu istiqamətdə hansı planların qurmaq lazım olunduğu və hər bir məsələ öyrənilib”.

Onun sözlərinə görə, Bakı metrosundan istifadə edənlər gündəlik cədvəldən artıq bunu bilirlər:

“Onsuz da hazırda sərnişinlər qatarın yubanmasını və digər halları həmin monitorlardan rahat görürlər, qrafiki bildiklərindən növbəti qatarların nə zaman gələcəklərini də rahatlıqla müəyyən edə bilirlər.

Uyğun dövrdə bu məsələlərin aktuallaşması mümkündür və gözlənilir. Biz bununla bağlı bütün istiqamətlərdə araşdırmaları aparmışıq. Yəni dünyada istifadə edilən qatarın gəlmə vaxtını göstərən sistemlərin işləmə prinsipləri, ən optimal qaydada işləməsi üçün nələrin lazım olması araşdırılıb. Kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyindən bu məsələyə uyğun bir dövrdə xüsusilə baxılacaq”.

Poliqon.info


Etiket: qatarlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik

Ən çox oxunanalar