Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməniləri lərzəyə salan Vedi hadisələri: Üsyan, yoxsa müqavimət? - Video

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb...

Oxu.Az xəbər verir ki, “Erməni təcavüzünə qarşı Şadlinskinin müqavimət hərəkatı” adlı süjetdə 1918-1920-ci illərdə özünə Qafqazda dövlət qurmaq istəyən ermənilərin Qərbi Azərbaycanda, o cümlədən Vedibasarda yerli əhali olan azərbaycanlılara qarşı soyqırımı törətməsindən, Böyük Vedi hadisələrindən bəhs olunur.

Bildirilib ki, 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - gələcək “Qırmızı tabor”u təşkil edib.

Qeyd olunub ki, ermənilər törətdikləri cinayətləri, qətliamları qarşı tərəfin ayağına yazmaq vərdişini milli xüsusiyyətə çeviriblər və 1919-cu ildəki Vedi hadisələri buna nümunədir.

Süjetdə “Böyük Vedi əməliyyatı”nın uğursuzluğuna aydınlıq gətirilir: “1918-ci ilin payızında daşnaklar Yaycı kəndinə basqın zamanı məğlubiyyətə uğrayırlar. Bundan qəzəblənən daşnaklar Əmovu kəndinə hücum edir, qadınlara, qocalara və uşaqlara qanlı divan tutub qılıncdan keçirir, 200-dən çox adamı öldürüb quyulara atırlar. Daşnaklar basqın etdikləri kəndləri viran qoyurdular. 1918-1920-ci illərdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kənd dağıdılıb, yandırılıb. Azərbaycan kəndlərində yarım milyondan çox əhali pərən-pərən düşüb”.

Vurğulanıb ki, erməni mənbələrində Böyük Vedi hadisələri ilə bağlı məlumatların yalan olduğu üzə çıxır: “Azərbaycanlılar Abbasqulu bəy Şadlınskinin komandanlığı ilə ciddi müqavimət göstərib erməniləri yerlərində oturdublar. Daşnaklar törətdikləri cinayətlərə, qətliamlara baxmayaraq Vedi əhalisini ram edə bilməyiblər. Məhz bu acığa görə, bu hadisəni üsyan kimi qələmə verib, azərbaycanlıların erməni və assurlara qarşı soyqırımı etdiklərini uydururlar. Gerçək budur ki, 1918, 1919, 1920-ci illərdə Vedibasar, Dərələyəz, Naxçıvan, bütövlükdə Qərbi Azərbaycanın hər yerində soyqırımı ermənilər törədib. Bunu elə Ararat hökümətinin başçısı da etiraf edib. Daşnak hökümətinin Baş naziri Kacanzuni yazır ki, biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı meyvəli kəndləri darmadağın etdik. Ermənilər isə öz gerçək tarixini yox, nağılları öyrənmək və təbliğ etməklə məşğuldurlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Ən çox oxunanalar