Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin maliyyə naziri ABŞ-ın Qəzzaya göndərdiyi yardımı bloklayıb

İsrailin maliyyə naziri Bezalel Smotriç ABŞ-dan Qəzza zolağına unun çatdırılmasına mane olub...

Poliqon xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. Smotriçin ofisi bu məlumatı təsdiqləyib. Ofisdən bildiriblər ki, ABŞ-ın bu yardımı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) üçün nəzərdə tutulub.

İsrail və ABŞ rəsmiləri bildiriblər ki, nazir İsrail gömrük xidmətinə UNRWA-nın alıcı kimi adı çəkilənə qədər yükü buraxmamağı əmr edib. Bezalel Smotriç unun Fələstinin HƏMAS hərəkatına çatmamasını təmin edəcək başqa bir çatdırılma mexanizmi tapmağı xahiş edib.

“İsrail kabinetində yardımın HƏMAS-ın əlindən alınmaması ilə bağlı konsensus var və mən səlahiyyətlərimdən istifadə edərək, bunun belə olduğuna əmin olacağam”, deyə Smotriç bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller fevralın 13-də keçirdiyi brifinqdə bildirib ki, ABŞ göndərdiyi un Qəzza zolağında 1,5 milyondan çox fələstinlini qida ilə təmin edir. Miller bu yükün Qəzzaya çatdırılmasının son dərəcə vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ İsrail hökuməti ilə unun Qəzzaya birdəfəlik tədarük kimi deyil, bir neçə ay ərzində davamlı olaraq gəlməsini təmin etmək üçün danışıqlar aparır.

“İsrail hökuməti unun tədarükünə icazə vermək öhdəliyi götürüb və biz onun bu öhdəliyə əməl edəcəyini gözləyirik”, deyə Miller deyib.

Qeyd edək ki, yanvar ayında The Wall Street Journal qəzeti kəşfiyyat məlumatlarına istinadən yazıb ki, UNRWA-nın 12 000 əməkdaşından təxminən 1200-ü islamçı yaraqlı qruplarla əlaqəlidir. İsrail tərəfinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailə hücumunda təşkilatın ən azı 12 əməkdaşı iştirak edib. UNRWA bütün Yaxın Şərq regionunda fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalacağını bildirib. UNRWA-nın baş komissarı Filip Lazzarini istefa verməkdən imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar