Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan boksçuları “Drakula” beynəlxalq turnirində iştirak edəcəklər

Bu gün Rumıniyanın Ploişti şəhərində start götürəcək yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində Azərbaycan boksçuları da çıxış edəcəklər...

Bu barədə Poliqon-a Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov yarışda Əli Məmmədov (46 kq), Zakir Həsənzadə (48 kq), İsmayıl Rzayev (50 kq), Bağır Əmirxanlı, Raul Heydərli (hər ikisi 52 kq), Sübhan Babayev (54 kq), Haqverdi Həsənov, Tamerlan Əlimzanov (hər ikisi 57 kq), Nurlan Abışov (60 kq), Kənan Aslanlı (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əmir Abbasov (80 kq) və Səftər Məmmədzadəni (+80 kq) sınayacaq.

Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında isə Bilalhəbəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Elbrus Kərimli (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (67 kq) və Ziya Həsənov (71 kq) mübarizə aparacaqlar.
“Drakula”da Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edəcək.

Qeyd edək ki, yarışda final döyüşləri fevralın 17-18-də olacaq. Komandamız Vətənə ayın 19-da qayıdacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar