Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağdakı hədəflərinə çata bilərmi?

Moskvanın hədəfi həm ordusunu Qarabağda saxlamaq, həm də digər vasitəçilər olmadan sülh prosesi çərçivəsində Azərbaycan-Ermənistan sərhədini öz nəzarəti altına almaqdır...

Politoloq: “Rusiya rəsmisinin üçtərəfli bəyanatın problemin həllində təminat rolu oynaması fikrini məqbul qarşılamaq olar”.

“Zamanla bəzi reallıqların dəyişməsi səbəbindən Rusiya sülhməramlılarının ərazidə qalması məsələsi öz əhəmiyyətini və hüququnu itirib”.

Bu sözləri politoloq Azər Qasımov Rusiyanın Qarabağ hədəflərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən həftə verdiyi açıqlamalar ciddi narahatlıq yaradıb. O deyib ki, Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, RusiyaErmənistan liderlərinin əldə etdikləri üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir. Zaxarovanın sözlərinə görə, bu razılaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir. Yəni Moskvanın hədəfi həm ordusunu Qarabağda saxlamaq, həm də digər vasitəçilər olmadan sülh prosesi çərçivəsində Azərbaycan-Ermənistan sərhədini öz nəzarəti altına almaqdır.

2023-cü il antiterror əməliyyatından sonra Rusiya bu hədəflərinə çata bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiyanın hədəflərinə çatması mümkün olmadı. Yəni artıq Moskvanın öz hədəflərinə çatmayacağı aydındır”.

Dəhlizə nəzarətin Rusiyaya verilməsinin razılığın bir şərti olduğunu xatırladan politoloq bildirib ki, Azərbaycan üçün bu məqbuldur, lakin Azərbaycan-Ermənistan sərhədinin Rusiyanın nəzarətinə verilməsi mümkün deyil və bu Azərbaycanın milli maraqlarına qarşıdır:

Rusiya rəsmisinin üçtərəfli bəyanatın problemin həllində təminat rolu oynaması fikrini məqbul qarşılamaq olar. Məsələ ondadır ki, bu razılaşmadan üç ildən çox vaxt keçməsinə baxmayaraq sülhün əldə olunmaması elə həmin bəyanatdan kənar faktorların əsas götürülməsi oldu. Azərbaycanın qalib tərəf kimi şərtlərini diktə etdiyi bu razılaşmaya əslində sonuna kimi əməl edilməlidir. Bu, tərəflərin əlində yeganə hüquqi istinad ediləsi sənəddir və buna üç ölkənin dövlət rəhbərləri imza atıblar.

Zamanla bəzi reallıqların dəyişməsi səbəbindən Rusiya sülhməramlılarının ərazidə qalması məsələsi öz əhəmiyyətini və hüququnu itirib. Buna Ermənistanın Qarabağı rəsmi şəkildə Azərbaycan torpaqları kimi tanıması faktına görə sülhməramlıların xidmət müddətinin uzadılması üçün hər iki tərəfin razılığı olması müddəasının öz əhəmiyyətini itirməsi və Qarabağda artıq erməni əhalinin olmaması səbəbindən sülhməramlı kontingentə ehtiyacın qalmamasını göstərmək olar.

Hesab edirəm ki, Rusiyanın hədəflərinə çatması mümkün olmadı. Amma bu, ikinci dərəcəli məsələdir. Əsas olan artıq Azərbaycanın söz sahibi olmasıdır. Azərbaycan indi həmin razılaşmanın Zəngəzur dəhlizi ilə maneəsiz hərəkət şərtini, yəni 9-cu bəndinin şərtlərini yerinə yetirilməsini tələb etməlidir. Dəhlizə nəzarətin Rusiyaya verilməsi isə razılığın bir şərtidir. Azərbaycan üçün bu məqbuldur, lakin Azərbaycan-Ermənistan sərhədinin Rusiyanın nəzarətinə verilməsi mümkün deyil və bu Azərbaycanın milli maraqlarına ziddir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Bakı Quba yolunda piyadanı maşın vurub öldürüb - Yenilənib

Ən çox oxunanalar