Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şolts ABŞ Konqresində çıxış edərək Ukraynaya yardım çağırıb

Almaniya kansleri Olaf Şolts: Ümid edirəm ki, ABŞ Konqresi tezliklə Ukraynaya yardımla bağlı qərar verəcək...

Almaniya kansleri Olaf Şolts ABŞ-a səfəri ərəfəsində Amerika Konqresində çıxış edərək, Ukraynaya yardım üçün qanun layihəsinin razılaşdırılmasına çağırıb.

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” nəşri məlumat yayıb.

“Mən həqiqətən ümid edirəm ki, Birləşmiş Ştatlar və Amerika Konqresi tezliklə lazımi maliyyə dəstəyi verməyə qərar verəcəklər” deyə alman siyasətçi bildirib.

Şolts qeyd edib ki, Rusiya nə vaxtsa Qərb müttəfiqlərinin Ukraynaya dəstəyi dayandıracağına ümid edir. Ona görə də ABŞAvropa o qədər töhfə verməlidir ki, Rusiya tərəfinin bu hesablaması baş tutmasın.

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Ukraynada münaqişənin sonunun görünmədiyini bildirib. Şolts vurğulayıb ki, Avropa Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirməlidir.

Xatırladaq ki, 2024-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 7 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar