Türkiyə prezidenti fevralın 14-də Misirə səfər edəcək və prezident Sisi ilə görüşəcək...
Politoloq: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri şübhəsiz ki, regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir”.
“Əlbətdə, rəsmi Qahirə də bunu görür ki, Türkiyə əməkdaşlıq vacibdir. Bu həm də Misirin özü üçündə qazancdır”.
Bu sözləri politoloq Zeynal Əmrəliyev Türkiyə prezidentinin gözlənilən Misir səfərini Poliqon-a şərh edərkən qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 14-də Misirə səfər edəcək və prezident Sisi ilə görüşəcək. Ərdoğanın Yaxın Şərqdə baş verən dramatik hadisələr fonunda 12 ildən sonra Misirə səfər etməsi nədən xəbər verir? Bu səfər Misirlə Türkiyə arasındakı problemlərin həllinə işarə edirmi?
Türkiyə-Misir əlaqələrini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.
Zeynal Əmrəliyev: “Regionda baş verənlər, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyat, Suriyada baş verən əməliyyatlar, husilərin artan fəallığı Türkiyə - Misir əməkdaşlığını şərtləndirir”.
Misirin Türkiyə üçün çox böyük bazar olduğunu xatırladan politoloq Poliqon-a açqlamasında qeyd edib ki, Ərdoğan da rasional olaraq düşünür və belə böyük imkanları tarixə ilişib qalıb itirmək istəmir:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri şübhəsiz ki, regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Mursi hakimiyyətdən devrildiksən sonra Sisiyə qarşı barışmaq mövqe tutan Ərdoğan görünür artıq mövqeyini yumşaltmaq istəyir. Çünki regionda baş verənlər, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyat, Suriyada baş verən əməliyyatlar, husilərin artan fəallığı Türkiyə - Misir əməkdaşlığını şərtləndirir.
Əlbətdə, rəsmi Qahirə də bunu görür ki, Türkiyə əməkdaşlıq vacibdir. Bu həm də Misirin özü üçündə qazancdır. Çünki Türkiyə NATO - nun ikinci böyük gücü kimi və həmdə bu hərbi alyansın regiondakı əsas oyunçusu kimi çox mühüm söz sahibidir. Türkiyə hazırda regionda İsrailin, İranın və Rusiyanın qarşında əsas səddir. Ən əsası isə bölgə xalqının böyük hissəsi Türkiyəni tam şəkildə dəstəkləyir, Ərdoğan “ərəb dünyası”nın ən nüfuzlu lideridir.
Zeynal Əmrəliyev: “Ərdoğanın Misir səfəri Sisi hökuməti üçün çox böyük fürsətdir və inanıram ki, Qahirə bunu yaxşı qiymətləndirə biləcək”.
Əslində Türkiyə ilə barışmaq üçün ilk diplomatik təmaslar Misirdən gəlmişdi. Bu həmdə iqdisadi əlaqələrin bərpası formatından da əla bir fürsətdir. İsgəndəriyyə limanı Türkiyə üçün əla fürsətdir. Xüsusilə bölgənin qarışıq olduğu indiki dönəmdə bu liman və digər mərkəzlərdən istifadə Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin Misirdə müdafiə sənayesini inkişaf etdirmək istəyir. Bu məsələdə Türkiyənin yardımını ala bilər və inanıram ki, almaq istəyəcəkdir də.
Onu da nəzərə alaq ki, Misir Türkiyə üçün çox böyük bazardır. Ərdoğan da təbii ki, rasional olaraq düşünür və belə böyük imkanları tarixə ilişib qalıb itirmək istəmir. Eyni şey Sisiyədə aiddir. Misirində Türkiyəyə ehtiyyacı var. Misir və Türkiyə əlaqələri inkişaf etdikdən sonra biz Misirin regionda fəallığının da şahidi olacağıq. Buna görə Ərdoğanın Misir səfəri Sisi hökuməti üçün çox böyük fürsətdir və inanıram ki, Qahirə bunu yaxşı qiymətləndirə biləcək”.
Nərminə UMUDLU
Poliqon.info