Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib...

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Abas Abbasov, Coşqun Qədirov, Ramid Nəsrullayev, Fikrət Əliyev və Quba rayon sakini Firidun Məmmədov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı tanışının baş nahiyəsinə küt alətlə zərbələr endirərək onun sağlamlığına qəsdən ağır xəsarət yetirən Ruslan Zülfüqarov saxlanılıb.

Bütün faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Abas Abbasov, Coşqun Qədirov, Firidun Məmmədov, Fikrət Əliyev və Ruslan Zülfüqarovun barələrində həbs qətimkan tədbiri, digər şəxsin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar