Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzada quru əməliyyatı zamanı həbs edilən 114 fələstinlini azad edib

İsrail ordusu cümə axşamı Qəzza zolağında quru əməliyyatı zamanı həbs edilən 114 fələstinlini azad edib...

Poliqon xəbər verir ki, bu barədə "Sinxua" nəşri Fələstinin Qəzzadakı sərhəd xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Sərbəst buraxılanlar Qəzza zolağının cənubundakı Kerem Şalom keçid məntəqəsində Fələstin tərəfinə təhvil verilib. Onlardan bəziləri səhhətləri pisləşdiyi üçün dərhal Rəfahdakı Nəccar xəstəxanasına yerləşdirilib.

"Sinxua" xəstəxanada buraxılanların bir neçə nəfərlə danışa bilib və onlar həbs zamanı döyüldüyünü, alçaldıldığını və işgəncələrə məruz qaldıqlarını bildiriblər. Eyni zamanda, nəşr qeyd edir ki, bu ifadələr təsdiqlənməyib.

Hesabatda deyilir ki, "Euro-Med Human Rights Monitor" insan haqları təşkilatının məlumatına görə, İsrail ordusu Qəzza zolağında quru əməliyyatı zamanı yüzlərlə fələstinlini həbs edərək naməlum yerlərə daşıyıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin xüsusi xidmət orqanı olan MOSSAD-ın rəhbəri David Barnea hərbi kabinetə girovların azad edilməsi ilə bağlı potensial razılaşmanın 9 bəndlik planını təqdim edib. Bu, bir neçə mərhələdə hələ də Qəzzada saxlanılan 136 məhbusun hamısının azad edilməsini əhatə edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ən çox oxunanalar