Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qanunsuz avtomat və qumbara saxlayan şəxslər tutulub

Bakının Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd “Makarov” tapançası aşkar edilib...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən 3 ədəd “F-1” qumbarası aşkar edilib.

Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan 3 ədəd “Kalaşnikov” markalı avtomat və 3 ədəd patron darağı aşkar edilib.

Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da həmçinin əməliyyat yolu ilə saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər 3 şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info


Etiket: avtomat qumbara


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar