Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Ukrayna ölkənin enerji sahəsinin bərpasına kömək edəcək humanitar yardımın yeni partiyasına görə Azərbaycana minnətdarlığını bildirib...

"Report" Ukrayna Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri German Qaluşenko deyib.

“Biz bu dəstəyə görə Azərbaycana təşəkkür edirik. Avadanlıq Ukrayna energetikləri tərəfindən atəşə tutulmaqda davam edən obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün istifadə olunur. Görülən işlər enerji sisteminin dayanıqlı fəaliyyətini təmin etməyə, istehlakçıların elektrik və istilik enerjisinə olan tələbatını ödəməyə imkan verir”, - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 11-də 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi daxildir.

Ukrayna Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart ayından Ukrayna Azərbaycandan enerji avadanlıqlarının olduğu, ümumi çəkisi 1585 tondan çox olan 92 yük, o cümlədən 51 güc transformatoru, 111 transformator yarımstansiyası və digər avadanlıqlar alıb: “Ukraynada tərəfdaşların bu yardımı sayəsində genişmiqyaslı enerji təmiri kampaniyası həyata keçirilib - enerji sisteminə 2,2 qiqavatdan çox güc əlavə edilib”.

Poliqon.info


Etiket: Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar