Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstanın Ukraynaya qarşı Zakarpatiya iddiası... - Reallaşa bilərmi?

Laslo Torotskai deyib ki, Ukrayna Rusiya ilə münaqişədə məğlub olarsa, Zakarpatiya bölgəsini Macarıstana verməlidir...

Siyasi-analitik: “Əslində, Laslo Torotskainin mövqeyi rəsmi Budapeştin mövqeyini ifadə etmir”.

“Məsələ ondan ibarətdir ki, Rusiya bu müharibədə qalib gəlsə, dayanmayacaq. Rusiyanın ilk hədəflərindən biri də münasibətləri nə qədər yaxşı olsa da, Macarıstanla münasibətlərin pozulması ehtimalı ola bilər”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Macarıstanın Zakarpatiya iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Macarıstanın millətçi Bizim Vətən Partiyasının lideri Laslo Torotskai deyib ki, Ukrayna Rusiya ilə münaqişədə məğlub olarsa, Zakarpatiya bölgəsini Macarıstana verməlidir.

Macarıstanın Zakarpatiya iddiası reallaşa bilərmi? Ümumiyyətlə, Macarıstanda Ukrayna arasındakı fikir ayrılıqları və ortada olan ərazi iddiaları Rusiya-Ukrayna müharibəsi fonunda regionun gələcəyinə nə vəd edir?

Rusiya-Ukrayna müharibəsi fonunda Macarıstanın mövqeyini Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Rusiya-Ukrayna müharibəsinin nəticəsi nəyinki Macarıstanı, ən azı Avropanın xəritəsinə təsir edəcək”.

Macar siyasətçinin Ukraynanın geri çəkilməməsi üçün belə bir iddia ilə çıxış etdiyini düşünən analitik əlavə edib ki, Torotskai bir növ Ukraynanı şantaj edib:

“Macarıstanla Ukrayna arasında münasibətlər demək olar ki, soyuqdur. Bunun da bir çox səbəbləri var. Əsas səbəb isə Macarıstanla Rusiya arasında olan iqtisadi əlaqələrdir.

Əslində, Laslo Torotskainin mövqeyi rəsmi Budapeştin mövqeyini ifadə etmir. Bu baxımdan onun dediklərinə köklənməyi də lazım bilmirəm. Amma ssenari olaraq Ukraynanın məğlub olacağı fonunda Zakarpatiya bölgəsini Macarıstana verilməsi mümkündür. Eyni zamanda macar siyasətçi bu açıqlaması ilə həm də onu demək istədi ki, bizim taleyimiz əslində Şərqi Avropadan asılıdır.

Məsələ ondan ibarətdir ki, Rusiya bu müharibədə qalib gəlsə, dayanmayacaq. Rusiyanın ilk hədəflərindən biri də münasibətləri nə qədər yaxşı olsa da, Macarıstanla münasibətlərin pozulması ehtimalı ola bilər. Mən belə başa düşürəm ki, macar siyasətçi Ukraynanın geri çəkilməməsi üçün belə bir iddia ilə çıxış edib. Yəni Torotskai bir növ Ukraynanı şantaj edib.

Onu da qeyd edim ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi nəyinki Macarıstanı, ən azı Avropanın xəritəsinə təsir edəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar